Redaktor
Haradan kredit götürmək daha sərfəlidir: bank, BOKT, yoxsa lombard?
Kredit bu gün bir çox insan üçün maliyyə imkanlarını genişləndirən ən əlçatan vasitələrdən biridir. Lakin borc almaq qərarı təkcə “Pulu haradan tez tapım?” sualı ilə bitmir, burada əsas məsələ hansı mənbənin daha sərfəli və təhlükəsiz olmasıdır. Banklar, bank olmayan kredit təşkilatları (BOKT) və lombardlar müxtəlif şərtlər, faiz dərəcələri və risk səviyyələri ilə fərqlənir.
Haradan kredit götürmək daha sərfəlidir: bank, BOKT, yoxsa lombard?
İqtisadçı Günay Hüseynova Valyuta.az-a bildirib ki, əslində, kredit sisteminin tamamilə dəyişikliyə ehtiyacı var:
“Çünki problemli kreditlər, məhkəmə çəkişmələri, vətəndaşın hər şeyini tamamilə itirməsi halları kifayət qədərdir. Əslində, ticarətin inkişaf etməsi üçün kredit sistemi ilə satınalmalar məqsədəuyğundur. Lakin yeri gəldi-gəlmədi hər şeyin kreditlə satılması, bankların yüksək kredit faizi vəziyyəti daha da çıxılmaz edir. Məsələn, sosial şəbəkələrdə görürük, pərdə, qab-qazan, hətta kosmetika məhsulları belə kreditə verilir. İnsanların bahalı görünmək istəyi onları kreditə sürükləyir və vəziyyət daha da gərginləşir”.
“Krediti haradan götürmək sərfəlidir - sualına qaldıqda isə məlumdur ki, bank kreditləri daha sərfəlidir. Lakin adına gecikmə olanlar, bankın şərtlərinə uyğun olmayanlar isə bir növ məcburiyyət qarşısında BOKT və ya lombarda müraciət edirlər.
Lombardlarla bağlı da son günlərdə şikayət halları artıb. Onun üçün də vətəndaş müraciət edərkən etibarlı lombard şirkətinə müraciət etməlidir" - deyə iqtisadçı bildirdi.
Tənzilə Ağabalayeva