İran Hörmüz boğazını açdı, Tramp təşəkkür etdi

Redaktor

17.04.2026 18:24
34

İran Hörmüz boğazını açdı, Tramp təşəkkür etdi

İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının bütün kommersiya gəmiləri üçün açıq elan edildiyini bildirib. Onun sözlərinə görə, keçid İranın Limanlar və Dəniz Nəqliyyatı Təşkilatının müəyyən etdiyi marşrut üzrə, İsrail və Livan arasında əldə olunmuş atəşkəs müddətində təmin ediləcək.

Valyuta.az xəbər verir ki, Əraqçi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. O qeyd edib ki, boğazdan keçid atəşkəsin qüvvədə qaldığı müddətdə fasiləsiz şəkildə açıq olacaq.

ABŞ Prezidenti Donald Tramp da məsələyə münasibət bildirərək, “Truth Social” platformasında İrana təşəkkür edib. “İran indicə elan etdi ki, Hörmüz boğazı tamamilə açıqdır və keçid üçün hazırdır. Təşəkkürlər”, – deyə o yazıb.

Hörmüz boğazı qlobal enerji tədarükü baxımından strateji əhəmiyyətə malikdir və burada hər hansı məhdudiyyət beynəlxalq bazarlara birbaşa təsir göstərir. Son həftələr regionda artan gərginlik fonunda boğazın bağlanması ehtimalı neft qiymətləri və logistika zəncirləri üçün əsas risklərdən biri kimi qiymətləndirilirdi.

Qeyd edək ki, 8 aprel 2026-cı ildə İran, ABŞ və onların müttəfiqləri arasında iki həftəlik atəşkəs razılaşması əldə olunub. Buna baxmayaraq, tərəflər arasında gərginlik tam aradan qalxmayıb və ABŞ hərbi strukturları regionda blokada tədbirlərinin davam etdiyini bəyan edib. Bu isə Hörmüz boğazının statusu ilə bağlı müəyyən qeyri-müəyyənliklərin qalmasına səbəb olur.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Canva” istifadəçilərə ağıllı dizayn asistanı təqdim etdi

17.04.2026

İnsanların özlərini “varlı” hiss etməzdən illər əvvəl atdıqları 5 maliyyə addımı

17.04.2026

Azərbaycanda pivə istehsalı artıb

17.04.2026

1000 km-lik dağ silsiləsinin altında su anbarı aşkarlandı - Dünyanın ən böyüyü ola bilər

17.04.2026

İran Hörmüz boğazını açdı, Tramp təşəkkür etdi

17.04.2026

Avropa səması "bağlana" bilər: Cəmi bir neçə həftəlik aviasiya yanacağı ehtiyatı var

17.04.2026

Pul planı hazırlayarkən çoxlarının gözdən qaçırdığı bir addım

17.04.2026

İrandakı müharibə neft nəhənglərini zənginləşdirdi - Saatda 30 milyon dollar

17.04.2026

Liderlərin səmimi görüşündən FOTOLAR

17.04.2026

Azərbaycandan Türkiyəyə xam neft ixracı 2,3 dəfə artıb

17.04.2026

Azərbaycanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı dəyişiklik edildi

17.04.2026
“AFB Bank”ın faiz gəlirləri iki dəfəyə yaxın artıb

“AFB Bank”ın faiz gəlirləri iki dəfəyə yaxın artıb

17.04.2026

Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident İlham Əliyev mərasimdə iştirak edir

17.04.2026

Bakı Sağlamlıq Mərkəzi 6 milyonluq satınalma elan edib

17.04.2026

Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçildi

17.04.2026

Azərbaycanda yeni ixtisas yaradıldı

17.04.2026

Naxçıvanda bank əmanətləri 45%-dən çox artıb

17.04.2026
Şirkətlər pullarını ən çox hansı bankda saxlayır?

Şirkətlər pullarını ən çox hansı bankda saxlayır? - CƏDVƏL

17.04.2026

Nazirlər Kabineti hava limanı və aerodromların təhlükəsizlik zonaları ilə bağlı qərar verib

17.04.2026

AAYDA-nın bu qurumu ləğv edilir

17.04.2026

Məzənnə

Yüklənir...