Avropa səması "bağlana" bilər: Cəmi bir neçə həftəlik aviasiya yanacağı ehtiyatı var

Redaktor

17.04.2026 18:13
22

Avropa səması "bağlana" bilər: Cəmi bir neçə həftəlik aviasiya yanacağı ehtiyatı var

Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib ki, Avropada aviasiya yanacağı ehtiyatı “təxminən altı həftəyə” kifayət edir. 

Valyuta.az xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.

Birolun sözlərinə görə, əgər Hörmüz boğazı yenidən açılmasa, yaxın vaxtlarda “bir şəhərdən digər şəhərə uçuşların yanacaq çatışmazlığı səbəbilə ləğv edildiyi” xəbərləri yayıla bilər.

Məlumata görə, KLM aviaşirkəti artıq Amsterdam–Sxiphol hava limanından gələn ay üçün 160 reysi azaltmağı planlaşdırır ki, bu da onun Avropa marşrutlarının təxminən 1 faizinə bərabərdir.

Hazırda Avstriya, Bolqarıstan və Polşa böyük yanacaq ehtiyatlarına malik ölkələr kimi göstərilir. Böyük Britaniya, İslandiya və Niderlandda vəziyyət daha gərgindir, Fransa isə orta səviyyədə qiymətləndirilir.

Mütəxəssislər bildirirlər ki, yanacaq çatışmazlığının təsiri bütün hava limanlarında eyni olmayacaq. Kiçik daxili hava limanları əsas tranzit mərkəzlərinə nisbətən daha çox risk altındadır.

ING bankının iqtisadçısı Riko Lumanın sözlərinə görə, bu vəziyyətdə regional hava limanları daha ciddi çətinliklərlə üzləşə bilər.

Avropa Hava Limanları Şurası isə Avropa Komissiyasına ünvanladığı məktubda bildirib ki, əgər tankerlərin Hörmüz boğazından keçməsi bərpa olunmasa, aviasiya yanacağı çatışmazlığı mayın əvvəlində başlaya bilər.

Fatih Birol qeyd edib ki, bu vəziyyət qlobal iqtisadi artıma və inflyasiyaya ciddi təsir göstərə bilər və ən çox inkişaf etməkdə olan ölkələr – Asiya, Afrika və Latın Amerikasında yerləşən dövlətlər zərər görəcək. O əlavə edib ki, nəticələr daha sonra Avropa və ABŞ-a da yayılacaq.

Birol həmçinin Hörmüz boğazından keçid üçün rüsum tətbiqini tənqid edərək bildirib ki, belə bir praktikanın davamlı olması digər beynəlxalq su yolları üçün də təhlükəli presedent yarada bilər.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İnsanların özlərini “varlı” hiss etməzdən illər əvvəl atdıqları 5 maliyyə addımı

17.04.2026

Azərbaycanda pivə istehsalı artıb

17.04.2026

1000 km-lik dağ silsiləsinin altında su anbarı aşkarlandı - Dünyanın ən böyüyü ola bilər

17.04.2026

İran Hörmüz boğazını açdı, Tramp təşəkkür etdi

17.04.2026

Avropa səması "bağlana" bilər: Cəmi bir neçə həftəlik aviasiya yanacağı ehtiyatı var

17.04.2026

Pul planı hazırlayarkən çoxlarının gözdən qaçırdığı bir addım

17.04.2026

İrandakı müharibə neft nəhənglərini zənginləşdirdi - Saatda 30 milyon dollar

17.04.2026

Liderlərin səmimi görüşündən FOTOLAR

17.04.2026

Azərbaycandan Türkiyəyə xam neft ixracı 2,3 dəfə artıb

17.04.2026

Azərbaycanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı dəyişiklik edildi

17.04.2026
“AFB Bank”ın faiz gəlirləri iki dəfəyə yaxın artıb

“AFB Bank”ın faiz gəlirləri iki dəfəyə yaxın artıb

17.04.2026

Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident İlham Əliyev mərasimdə iştirak edir

17.04.2026

Bakı Sağlamlıq Mərkəzi 6 milyonluq satınalma elan edib

17.04.2026

Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçildi

17.04.2026

Azərbaycanda yeni ixtisas yaradıldı

17.04.2026

Naxçıvanda bank əmanətləri 45%-dən çox artıb

17.04.2026
Şirkətlər pullarını ən çox hansı bankda saxlayır?

Şirkətlər pullarını ən çox hansı bankda saxlayır? - CƏDVƏL

17.04.2026

Nazirlər Kabineti hava limanı və aerodromların təhlükəsizlik zonaları ilə bağlı qərar verib

17.04.2026

AAYDA-nın bu qurumu ləğv edilir

17.04.2026

Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu

17.04.2026

Məzənnə

Yüklənir...