Könüllü sığorta üzrə yığımlar 352 milyonu keçdi

Redaktor

29.04.2026 23:37
57

Könüllü sığorta üzrə yığımlar 352 milyonu keçdi

Cari ilin I rübündə Azərbaycanda könüllü sığorta növləri üzrə yığımlar 352 milyon 277 min manat təşkil edib.

Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 307 milyon 945 min manat olub. Bu isə illik müqayisədə yığımların 44 milyon 332 min manat və ya 14,39% artması deməkdir.

Ödənişlərdə də artım qeydə alınıb. Belə ki, cari ilin ilk rübündə könüllü sığorta növləri üzrə ödənişlər 180 milyon 319 min manat olub.

Ötən ilin eyni dövründə isə bu rəqəm 134 milyon 102 min manat təşkil edib. Nəticədə ödənişlər illik müqayisədə 46 milyon 217 min manat və ya 34,46% artıb.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...