Maaşınızı açıqlamaq ailə və yaxın çevrədə gözləntiləri artıra bilər

Redaktor

02.06.2026 08:30
201

Maaşınızı açıqlamaq ailə və yaxın çevrədə gözləntiləri artıra bilər

İnsanların ən çox maraqlandığı şəxsi məsələlərdən biri də gəlirləridir. Bəziləri maaşını ailəsi və yaxın dostları ilə bölüşsə də, digərləri bunu şəxsi məlumat hesab edərək gizli saxlamağa üstünlük verir. Bəs maaşı açıqlamaq daha faydalıdır, yoxsa onu gizli saxlamaq?

Valyuta.az xəbər verir ki, maaşın açıqlanmasının həm müsbət, həm də mənfi tərəfləri var. Gəlir barədə məlumat vermədikdə insanlar xərclərinizə görə sizi daha az mühakimə edir. Bu halda həm qənaətcil, həm də daha sərbəst həyat tərzi seçmək mümkün olur. Maaşın gizli saxlanılması ailə və yaxın çevrədə yarana biləcək əlavə gözləntilərin də qarşısını ala bilər.

Bundan əlavə, bəzi insanlar diqqət mərkəzində olmağı sevmədikləri üçün gəlirlərini bölüşmək istəmirlər. Maaşın açıqlanmaması şəxsi həyatın məxfiliyini qorumağa və əlavə təzyiqlərdən uzaq qalmağa kömək edir.

İşəgötürənlər də çox vaxt əməkdaşların maaşlarını açıqlamamasını üstün tuturlar. Çünki eyni vəzifədə çalışan şəxslərin fərqli maaş alması iş yerində narazılıq, qısqanclıq və gərginlik yarada bilər. Maaş fərqləri isə iş təcrübəsi, əlavə bacarıqlar, ixtisaslaşma və şirkətdə çalışma müddəti kimi amillərlə bağlı ola bilər.

Digər tərəfdən, maaşın açıqlanmasının da müəyyən üstünlükləri var. Mütəxəssislər hesab edirlər ki, əməkhaqqı barədə açıq danışmaq insanların əmək bazarındakı real vəziyyəti görməsinə və əməkhaqqı danışıqlarında daha məlumatlı olmasına kömək edir. Bu, həm də işçilərin ədalətli əməkhaqqı alıb-almadığını müəyyən etməyə imkan verir.

Məqalədə qeyd olunur ki, dünyada gender maaş fərqinin üzə çıxmasında da əməkhaqlarının açıqlanması mühüm rol oynayıb. Məsələn, 2019-cu ildə BBC aparıcısı Samira Ahmed həmkarı Ceremi Vayn ilə müqayisədə xeyli az maaş aldığını öyrəndikdən sonra məsələ ictimai müzakirəyə çıxarılıb.

Nəticə etibarilə, maaşı açıqlamaq və ya gizli saxlamaq şəxsi seçimdir. Hər iki yanaşmanın öz üstünlükləri və riskləri var. Qərar verərkən həm şəxsi məxfiliyi, həm də bunun sosial və peşəkar nəticələrini nəzərə almaq tövsiyə olunur.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN

02.06.2026

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®

02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

02.06.2026

Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb

02.06.2026

Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb

02.06.2026
Restoranın bahalı olub-olmadığını menyuya baxmadan müəyyən etmək olar

Restoranın bahalı olub-olmadığını menyuya baxmadan müəyyən etmək olar

02.06.2026

Mərkəzi Bank “PashaPay”yə icrası məcburi göstəriş verib

02.06.2026

Bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək

02.06.2026

Əmlaklarına həbs qoyulanların nəzərinə! - Qanun dəyişir

02.06.2026

AZAL-ın ixrac gəlirləri yarım milyona yaxın azalıb

02.06.2026

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri  - CƏDVƏL

02.06.2026

Zara İbrahimzadə TƏBİB-də rəhbər vəzifəyə gətirildi

02.06.2026

"Azərkosmos"un ixrac gəlirləri 55% artdı, xidmət göstərilən ölkələrin sayı azaldı

02.06.2026

DSMF-nin filial müdiri vəzifəsindən azad olundu

02.06.2026

18 aptekdə nöqsan aşkarlandı

02.06.2026

Azərbaycanda pul bazası 24 mlrd. manatı ötüb

02.06.2026

ABŞ Azərbaycana yeni səfir göndərir - Namizəd açıqlandı

02.06.2026

İşçilərin xoşbəxtliyi üçün çalışan 10 perspektivli STARTAP

02.06.2026

Fuad Çıraqov Gürcüstandakı səfirlikdə yeni vəzifəyə gətirildi

02.06.2026

"Blackstone" Asiya fondu üçün 13,1 milyard dollar topladı

02.06.2026

Məzənnə

Yüklənir...