"Nəhəng şirkətlər reklamı televiziya və sosial şəbəkə vasitəsilə etmirlər" - Marketoloq

Redaktor

24.04.2026 11:20
459

"Nəhəng şirkətlər reklamı televiziya və sosial şəbəkə vasitəsilə etmirlər" - Marketoloq

Müasir dünyada reklam sanki uğurun əsas şərti kimi qəbul olunur: daha çox görünmək, daha çox danışılmaq və daim diqqət mərkəzində qalmaq. Amma maraqlıdır ki, bu qaydanı pozan və buna baxmayaraq güclü mövqeyini qoruyan nəhəng brendlər də var. Bəzilərinə görə, bu brendlər hətta reklam etmədən, əlçatmazlıq hissi yaradaraq yenə də gündəmdə qalmağı bacarır.

Bəs doğrudanmı nəhəng brendlər özlərini reklam etmir və bu yolla əlçatmaz qalırlar?

Marketoloq Elnur Salehov Valyuta.az-a bildirib ki, bəzi nəhəng brendlərin reklam vermədiyi düşünülsə də, əslində, onlar reklam verirlər:

“Sadəcə, bu reklamlar insanların öyrəşdiyi televiziya və ya sosial şəbəkə reklamları formasında olmur. Yəqin ki, hər kəs Formula 1 yarışlarına baxıb. Orada tez-tez “Rolex” və digər böyük brendlər görünür. Bu da öz növbəsində reklam sayılır. Sadəcə, insanlar televiziya və sosial şəbəkələrdəki reklamlara daha çox alışdığı üçün reklamı yalnız həmin formada qəbul edirlər. Halbuki hər hansı bir şəhərdə, tədbirdə və ya yarışda brend adının görünməsi də onun tanıtımıdır. Bu, daha çox xatırlatma reklamı hesab olunur. Yəni brend bu yolla “mən varam” mesajını verir”.

“Məsələ reklamın olub-olmamasında deyil, reklamın harada və necə görünməsindədir. Məsələn, “Ferrari” avtomobillərini istehsal edərkən onları müəyyən limitlə bazara çıxarır. Bəs niyə? Çünki şirkətin əsas məqsədi yalnız daha çox pul qazanmaq deyil, daha dəyərli görünməkdir. Məhdud sayda istehsal olunan məhsul daha xüsusi və prestijli qəbul edilir. “Ferrari”nin alıcıları da adətən tanınmış şəxslər, milyonerlər və kolleksiyaçılar olur. Bu da brendin daha çox tanınmasına və nüfuzunun artmasına səbəb olur. Eksklüzivlik və əlçatmazlıq hissi isə məhdud istehsal, müştərilərin seçilməsi və yüksək qiymət siyasəti ilə yaradılır. Bütün bu amillərin birləşməsi nəticəsində brend daha eksklüziv və daha arzuolunan görünür”, – deyə marketoloq qeyd edir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mebel idxalı gerilədi: ilk rübdə 26,4 milyon dollar

26.04.2026

Azərbaycanda bələdiyyə torpağı niyə "ucuz"dur? - Nəzarət mexanizmləri - ARAŞDIRMA

26.04.2026

İlon Mask: "Süni intellekt dövründə pensiya yığmağa ehtiyac qalmaya bilər"

26.04.2026

Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir

26.04.2026

Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb

26.04.2026

Restoranların "vaxt limiti" oyunu: Müştərini məcburi sifarişə vadar etmək qanunidirmi?

26.04.2026

1 hektar tütün sahəsindən nə qədər gəlir qazanmaq mümkündür?

26.04.2026

Clopos INMerge Ventures-dan investisiya cəlb edib

25.04.2026

Yeni tikilən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbi nədir?

25.04.2026

Yüz minlərlə evin gecikən "kupça"sı - Çıxış yolu

25.04.2026

Sərvəti kim daha uzun qoruyur - öz zəhməti ilə qazananlar, yoxsa miras varlıları?

25.04.2026

Startaplarda “Biz nə edirik?” yox, “nəyi dəyişirik?” dövrü

25.04.2026

Azərbaycanda 13,9 min tondan çox duru bitki yağı istehsal olunub

25.04.2026

Kevin O’Liri: Əksər insanların etdiyi 2 axmaq pul səhvi

25.04.2026

Süni intellektin insanı əvəz etməyəcəyi sahələr: Ekspert əsas peşələri açıqladı

25.04.2026

Gələn həftə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

25.04.2026

Azərbaycan və Ukrayna dron əleyhinə vasitələrin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər

25.04.2026

İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir

25.04.2026

Prezident: SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir

25.04.2026

Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub

25.04.2026

Məzənnə

Yüklənir...