Redaktor
“Nvidia” rəhbəri: “Şirkət üçün yeni 200 milyard dollarlıq bazar yaranıb”
“Nvidia” şirkətinin qurucusu və baş icraçı direktoru Censen Huanq şirkətin yeni “Vera” CPU məhsulu sayəsində əvvəllər daxil olmadığı 200 milyard dollarlıq bazara çıxış əldə etdiyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə o, şirkətin maliyyə nəticələrinə həsr olunan konfrans zamanı danışıb.
Huanq bildirib ki, mart ayında təqdim edilən “Vera” prosessoru agent əsaslı süni intellekt sistemləri üçün xüsusi hazırlanıb və artıq yüksək satış göstəriciləri nümayiş etdirir. Onun sözlərinə görə, məhsul həm ayrıca, həm də “Rubin” GPU-su ilə birlikdə təqdim olunur.
“Nvidia” son rübdə 81,6 milyard dollar gəlir əldə edib. Şirkət növbəti rüb üçün isə 91 milyard dollar gəlir proqnozlaşdırır.
Censen Huanq qeyd edib ki, “Vera” şirkət üçün yeni inkişaf istiqaməti açır:
“Vera “Nvidia” üçün əvvəllər fəaliyyət göstərmədiyimiz tamamilə yeni 200 milyard dollarlıq bazar yaradır. Dünyanın aparıcı hiperskalerləri və sistem istehsalçıları bu texnologiyanın tətbiqi üçün bizimlə əməkdaşlıq edir”.
Şirkət rəhbərinin sözlərinə görə, süni intellekt modellərinin hesablama hissəsi əsasən GPU-larda həyata keçirilsə də, agent sistemlərinin işləməsi CPU-lardan asılıdır. O hesab edir ki, gələcəkdə milyardlarla süni intellekt agenti fəaliyyət göstərəcək və onların hamısına yüksək performanslı prosessorlar lazım olacaq.
Huanq bildirib ki, “Nvidia” artıq bu il ayrıca satılan “Vera” CPU-larından 20 milyard dollar gəlir əldə edib.
Qeyd edək ki, CPU bazarında əsas rəqiblər kimi “Intel”, “AMD”, eləcə də öz süni intellekt çiplərini hazırlayan “Amazon Web Services” və digər texnologiya şirkətləri çıxış edir. Buna baxmayaraq, “Nvidia” rəhbərliyi agent əsaslı süni intellekt sahəsində şirkətin lider mövqe tutacağına inanır.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Anthropic” "xAI" üçün hər ay 1,25 milyard dollar ödəməli olacaq
21.05.2026Naxçıvanda Turizm Departamenti ləğv edilib
21.05.2026İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
21.05.2026Sement ixracından əldə olunan gəlirlər 4 milyon azalıb
21.05.2026Pilotlar narazıdır: Günəş elektrik stansiyası hava səyahətləri üçün təhlükə yaradır
21.05.2026Britaniya deputatlardan sosial media etirazı: "Məktəbə yorğun gedirlər"
21.05.2026İşsizlərin ən çox cəmləşdiyi rayonlar - CƏDVƏL
21.05.2026Mobil rabitə gəlirləri açıqlandı
21.05.2026AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub ®
21.05.2026Dünya neft qıtlığı astanasındadır: Ehtiyatlar rekord sürətlə azalır
21.05.2026"SpaceX" IPO-suna "Goldman Sachs" rəhbərlik edəcək
21.05.2026Bakı-Tbilisi-Bakı qatarının qiymətləri tam açıqlandı - CƏDVƏL
21.05.2026Azərbaycanda düyünün orta idxal qiyməti 8,6% azalıb
21.05.2026