Ödəniş və elektron pul təşkilatlarına qarşı tələblər dəyişdi

Redaktor

30.12.2025 20:16
917

Ödəniş və elektron pul təşkilatlarına qarşı tələblər dəyişdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası"nda dəyişiklik edib.

Valyuta.Az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, təşkilatlarda mülki məsuliyyət sığortasının və yaxud qarantiyanın məbləği ildə iki dəfə, iyun və dekabr aylarının son iş gününə olan ödəniş xidməti istifadəçisinin sayı əsasında yenidən hesablanacaq və bununla bağlı hesabat 7 iş günündən gec olmayaraq AMB-yə təqdim ediləcək.

Həmçinin, təşkilat məcmu kapitalın komponentləri üzrə hesabatı rüblük əsasda növbəti rübün ilk 10 iş günündən gec olmayaraq, fəaliyyəti ilə bağlı digər hesabatı isə aylıq əsasda növbəti ayın ilk 10 iş günündən gec olmayaraq AMB-yə təqdim edəcək. İndiyə qədər hesabatlar 5 iş günü ərzində təqdim edilirdi.

Bundan sonra, təşkilatda həssas ödəniş məlumatları ilə prosedurlara, informasiyanın mühafizəsinin təmin edilməsinə, habelə fövqəladə hallarda təşkilatın fəaliyyətinin davamlılığına və bərpa planına dair tələblər AMB-nin İdarə Heyətinin 28 mart 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər" ilə tənzimlənəcək.

AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...