Redaktor
Onlayn biznes qurmaq istəyənlər üçün ən faydalı 7 kitab
Bir çox insan biznes qurmaq üçün ilk addımı haradan atacağını bilmir. Bəziləri uğurun yalnız böyük sərmayə və ya xüsusi istedadla mümkün olduğunu düşünür. Halbuki dünyaca məşhur sahibkarların bir çoxu biznes düşüncəsini və satış bacarıqlarını kitablardan öyrəndiyini deyir. Bu dəfə təqdim etdiyimiz siyahıda onlayn biznes qurmaq, satış etməyi öyrənmək və şəxsi brend yaratmaq istəyənlər üçün ən çox tövsiyə olunan kitablar yer alıb.
Valyuta.az xəbər verir ki, “Alpha Dad Consulting” platformasının təsisçisi G. Vidal biznes qurmaq istəyənlər üçün ən gəlirli və faydalı hesab etdiyi 7 kitabı təqdim edib.
Müəllif bildirib ki, internet biznes qurmağı əvvəlkindən daha asan etsə də, eyni zamanda düzgün məlumat və strategiya seçimini çətinləşdirib. Onun sözlərinə görə, uğurlu sahibkarların əksəriyyəti öz təcrübə və biliklərini kitablardan əldə edib.
Think and Grow Rich
Müəllif bildirir ki, uzun müddət pul qazanmağı və varlanmağı mənfi bir anlayış kimi qəbul edib. Onun fikrincə, zəngin olmaq insanı “pis insanlar” sırasına daxil edirmiş kimi görünürdü. Kitab isə bu düşüncəni dəyişməyə kömək edib. Müəllif qeyd edir ki, kitabda uğur qazanmış insanların hekayələri, davamlılıq və heç vaxt təslim olmamaq ideyası ön plana çıxır. Onun sözlərinə görə, maliyyə imkanlarının artması ailəyə daha çox seçim imkanı yaradır və insanın daha təhlükəsiz, rahat həyat qurmasına kömək edir.
Expert Secrets
Kitab müəyyən sahədə necə ekspert kimi tanınmağın yollarından bəhs edir. Müəllif bildirir ki, bir çox insan biznes qurarkən “imposter syndrome” adlanan özünəinam problemini yaşayır və “Mən kiməm ki, bu mövzuda insanlara məsləhət verim?” düşüncəsi ilə qarşılaşır. Kitab isə bu psixoloji maneəni aşmağı və seçilən sahədə özünü ekspert kimi təqdim etməyi öyrədir. Müəllif xüsusilə insanların diqqətini çəkmək və məhsul satmaq üçün hekayə qurma texnikalarının kitabda ətraflı izah olunduğunu vurğulayır.
Copywriting Secrets
Kitab reklam və satış mətnlərinin hazırlanmasına həsr olunub. Müəllif qeyd edir ki, “copywriting” anlayışı insanların diqqətini çəkmək və onları müəyyən addım atmağa təşviq etmək üçün yazılan mətnlər deməkdir. Kitabda başlıq yazmaq, reklam mətnləri hazırlamaq və məhsulu daha cəlbedici təqdim etmək üçün müxtəlif üsullar təqdim olunur. Müəllif hesab edir ki, biznesdə məhsul satmaq üçün ilk növbədə insanların diqqətini cəlb etmək vacibdir və copywriting bunu etməyə kömək edir.
Socratic Selling
Satışdan qorxursunuz? Müəllif bildirir ki, əslində insanların çoxu satış mövzusunda narahatlıq keçirir. Çünki “satış” deyildikdə bir çox insanın ağlına qarşı tərəfdən maksimum qazanc əldə etməyə çalışan israrçı satıcı obrazı gəlir.
Kitabda qeyd olunur ki, insanlar fərqinə varmadan hər gün müəyyən formada “satış” edir. Müəllif buna misal olaraq Kaliforniyada bəyəndiyi restoranı və oradakı BBQ qabırğalarını tərifləməsini göstərir. Onun sözlərinə görə, bu da əslində bir satış üsuludur - qarşı tərəfi nəyisə sınamağa inandırmaq.
Kitab oxucuya sual vermə üsulu ilə satış etməyi öyrədir. Əsas ideya qarşı tərəfi məcbur etmədən, düzgün suallarla insanın özü nəticəyə gəlməsinə kömək etməkdir. Müəllif qeyd edir ki, bu yanaşma qədim yunan filosofu Socrates tərəfindən istifadə olunan üsula əsaslanır.
$100M Offers
Müəllif bu kitabın biznesdə ən vacib bacarıqlardan biri olan düzgün təklif hazırlamağı öyrətdiyini bildirir. Onun sözlərinə görə, məhsul və ya xidmət nə qədər keyfiyyətli olsa da, düzgün təqdim edilmədikdə insanlar onu almaq istəmir. Kitabda müştərinin diqqətini çəkən və imtina etməsi çətin olan təkliflərin necə hazırlanması izah edilir. Müəllif xüsusilə hədəf auditoriyanın seçilməsi və müştəriyə verilən zəmanət məsələlərinin ətraflı izah olunduğunu qeyd edir.
Getting Everything You Can Out of All You’ve Got
Kitab mövcud müştərilərdən daha çox gəlir əldə etməyin yollarına fokuslanır. Müəllif qeyd edir ki, məhsul alan müştərilərə əlavə xidmətlər və ya daha yüksək paketlər təqdim etməklə gəliri artırmaq mümkündür. Kitabda həmçinin əvvəl məhsul almayan insanları yenidən qazanmaq və mövcud müştərilərdən tövsiyələr əldə etmək üçün müxtəlif strategiyalar təqdim olunur.
How To Get Paid For What You Know
Müəllif bildirir ki, kitab onlayn biznes qurmaq istəyənlər üçün geniş bələdçi rolunu oynayır. Kitab əsasən rəqəmsal kurslar və onlayn təhsil biznesi üzərində qurulub. Müəllif qeyd edir ki, kitabda pullu reklamdan çox kontent marketinqinə üstünlük verilir və faydalı məzmun hazırlayaraq auditoriya toplamağın yolları izah olunur.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Anthropic” "xAI" üçün hər ay 1,25 milyard dollar ödəməli olacaq
21.05.2026Naxçıvanda Turizm Departamenti ləğv edilib
21.05.2026İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
21.05.2026Sement ixracından əldə olunan gəlirlər 4 milyon azalıb
21.05.2026Pilotlar narazıdır: Günəş elektrik stansiyası hava səyahətləri üçün təhlükə yaradır
21.05.2026Britaniya deputatlardan sosial media etirazı: "Məktəbə yorğun gedirlər"
21.05.2026İşsizlərin ən çox cəmləşdiyi rayonlar - CƏDVƏL
21.05.2026Mobil rabitə gəlirləri açıqlandı
21.05.2026AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub ®
21.05.2026Dünya neft qıtlığı astanasındadır: Ehtiyatlar rekord sürətlə azalır
21.05.2026"SpaceX" IPO-suna "Goldman Sachs" rəhbərlik edəcək
21.05.2026Bakı-Tbilisi-Bakı qatarının qiymətləri tam açıqlandı - CƏDVƏL
21.05.2026Azərbaycanda düyünün orta idxal qiyməti 8,6% azalıb
21.05.2026