Redaktor
Qala Həyat, yoxsa Atəşgah Həyat: kim daha çox mənfəət əldə etdi?
Həyat sığortası bazarında fəaliyyət göstərən şirkətlərin nəticələri ilk baxışda bir-birinə yaxın görünə bilər. Lakin maliyyə hesabatlarına nəzər saldıqda gəlirlilik, xərclərin idarə olunması, aktivlərin həcmi və xalis mənfəət göstəriciləri arasında ciddi fərqlər ortaya çıxır.
Hansı şirkət daha səmərəli işləyərək ili daha uğurlu başa vurub?
Valyuta.az sığorta sektorunda fəaliyyət göstərən Qala Həyat Sığorta və Atəşgah Həyat Sığorta şirkətlərinin 2025-ci il üzrə maliyyə göstəricilərini qarşılaşdırıb və nəticələri aşağıdakı cədvəldə təqdim edir:
| Göstərici | Qala Həyat Sığorta (2025) | Atəşgah Həyat Sığorta (2025) |
|---|---|---|
| Cəmi öhdəliklər | 24 199 328,05 | 104 701 209,95 |
| Cəmi aktivlər | 55 968 328,20 | 149 006 087,80 |
| Ümumi gəlir | 29 137 725,67 | 96 860 787,73 |
| Cəmi xərclər | 16 563 231,43 | 83 934 602,14 |
| Əsas əməliyyat gəliri | 30 875 597,41 | 112 609 783,04 |
| Əsas əməliyyat xərcləri | 4 291 967,52 | 72 592 217,80 |
| Mənfəət vergisi | 2 514 898,85 | 2 585 237,12 |
| Maliyyə mənfəəti | 12 574 494,24 | 12 926 185,59 |
| İnvestisiya gəlirləri | 7 265 028,25 | 2 316 940,74 |
| Hesabat dövründə xalis mənfəət | 10 059 595,39 | 10 340 948,47 |
| Nizamnamə kapitalı | 13 041 600 | 6 500 000 |
| 23.04.2026 |
Cədvəldəki göründüyü kimi, şirkətlər fərqli istiqamətlərdə üstün nəticələr əldə ediblər. Atəşgah Həyat Sığorta aktivlərin həcmi, gəlirlər və əməliyyat miqyası baxımından daha yüksək göstəricilərə malik olub. Qala Həyat Sığorta isə xərclərin idarə olunması, investisiya gəlirləri və kapital göstəriciləri üzrə diqqət çəkib. Xalis mənfəət baxımından isə tərəflər bir-birinə yaxın nəticə göstəriblər.
Sərvanə Rəmixanova