Redaktor
Qarabaşağı Rusiyadan 76 qəpiyə, Almaniyadan 7 manata almışıq
2026-cı ilin ilk iki ayında ölkəyə ümumilikdə 2380.93 ton qarabaşaq idxal olunub.
Valyuta.az xəbər verir ki, bu həcmdə məhsulun ümumi dəyəri 1066.03 min ABŞ dolları olub.
Əsas tədarükçü ölkə Rusiya olub. Bu ölkədən 2380.89 ton qarabaşaq gətirilib və idxalın dəyəri 1065.85 min ABŞ dolları təşkil edib. Beləliklə, Rusiyadan gətirilən qarabaşağın 1 kiloqramının orta qiyməti 0.45 dollar və ya 0.76 manat olub.
Almaniyadan isə 0.04 ton qarabaşaq idxal edilib. Bu məhsulun dəyəri 0.17 min ABŞ dolları olub. Nəticədə Almaniyadan gətirilən qarabaşağın 1 kiloqramının orta qiyməti 4.25 ABŞ dolları və ya 7.23 manat səviyyəsində formalaşıb.
Mayya Hüseynova