Səyahət sığortası nələri qarşılamır?

Redaktor

07.04.2026 17:18
277

Səyahət sığortası nələri qarşılamır?

Xaricə səfər edən zaman vətəndaşlar özlərini müxtəlif risklərdən qorumaq üçün səyahət sığortasına müraciət edirlər. Lakin bir çox hallarda sığorta əldə olunsa da, onun konkret hansı vəziyyətlərdə işə düşdüyü tam aydın olmur.

Bəs sığortalanmışıqsa, hansı hallarda səyahət sığortasından istifadə edə bilərik? 

Mövzu ilə bağlı Valyuta.az-a danışan sığorta eksperti Kamran Babayev bildirir ki, səyahət sığortası əsasən qəfil və gözlənilməz halları əhatə edir: “Bu sığorta növü daha çox səfər zamanı baş verən qəfil sağlamlıq problemləri bədbəxt hadisələr üzrə təminat verir. Yəni əvvəlcədən planlaşdırılmış müalicə məqsədilə həkimə müraciətlər sığorta çərçivəsinə daxil deyil. Eyni zamanda, sərxoş vəziyyətdə baş verən hadisələr və sığorta müqaviləsində qeyd olunan digər istisna halları üzrə də ödəniş həyata keçirilmir”.

Sığorta şirkətləri lizinq avtomobillərini niyə baha sığortalayır?

Ekspertin sözlərinə görə, səyahət sığortası könüllü sığorta növü olduğundan, onun əhatə dairəsi və istisnalar sığorta şirkətindən asılı olaraq dəyişə bilər. Bununla yanaşı, bəzi ölkələrin səfirlikləri viza verilməsi üçün sığorta müqaviləsinə xüsusi tələblər qoyur:

"Səfər sığortası əsasən viza alınan zaman səfirliklər tələb etdiyi üçün əldə edilir. Lakin xaricdə tibbi xərclər gözləmədiyimiz qədər yüksək ola bilər. Ona görə bu çox vacib sığorta növüdür və hər kəsə tövsiyə edirəm ki, xaricə səfər edərkən sığortalansınlar,” - deyə ekspert əlavə edib.

Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda səyahət sığortası üzrə yığımlar 1 milyon 210 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 539 min manat və ya 80,32% çoxdur.

Hesabat dövründə sığorta ödənişləri isə 322 min manat olub ki, bu da illik müqayisədə 59 min manat və ya 6,07 dəfə artım deməkdir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Metatesk”in hədəfi Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən şirkətlərdən biri olmaqdır - MÜSAHİBƏ

15.04.2026
“AccessBank”ın vaxtı keçmiş kreditləri 7,6 milyon manat artıb

“AccessBank”ın vaxtı keçmiş kreditləri 7,6 milyon manat artıb

15.04.2026

Avro və rubl bahalaşmaqda davam edir

15.04.2026
Sığorta şirkətləri borclarını açıqladı

Sığorta şirkətləri borclarını açıqladı – TAM SİYAHI

15.04.2026

Rahat karyeranı tərk edib, milyardlıq logistika şirkəti qurdu - SƏHƏR OXUSU

15.04.2026

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Məzənnə

Yüklənir...