Redaktor
Niyə startaplara yox, kiçik bizneslərə yatırım etdi?
Kodi Sançez (Codie Sanchez) uzun illər maliyyə və investisiya sektorunda çalışıb. O, jurnalistika sahəsində fəaliyyətə başladıqdan sonra maliyyə dünyasına keçib və sonradan iri investisiya şirkətlərində işləyib.
Valyuta.az xəbər verir ki, karyerası ərzində “Goldman Sachs”, “State Street” və digər maliyyə qurumlarında müxtəlif vəzifələrdə çalışıb.
Maliyyə sektorunda yüksək maaşlı və prestijli işə sahib olsa da, Kodi Sançez sonradan bu həyatın onu tam qane etmədiyini açıqlayıb. O, müsahibələrində tez-tez qeyd edir ki, böyük korporativ sistemdə işləmək əvəzinə daha sərbəst və real biznes modelləri qurmaq istəyirdi.
Bu səbəbdən o, klassik startaplara yox, insanların çox diqqət etmədiyi kiçik bizneslərə yönəldi. Kodi Sançez xüsusilə avtomatlaşdırılmış və gündəlik idarəçiliyi daha stabil olan biznes modellərinə maraq göstərməyə başladı. O, avtoyuma məntəqələri, anbar xidmətləri, xidmət şirkətləri və digər kiçik bizneslərə investisiya etməklə fərqli model qurdu.
Sonradan o, bu yanaşmanı sosial mediada və podkastlarda paylaşmağa başladı. Kodi Sançez “kiçik biznes almaq” modelini geniş auditoriyaya izah edən sahibkarlardan birinə çevrildi. Xarici mediada onun fəaliyyəti tez-tez “ənənəvi startap modelindən fərqli biznes yanaşması” kimi təqdim olunur.
O, xüsusilə insanların böyük texnologiya startaplarına fokuslandığını, amma stabil gəlir gətirən kiçik bizneslərin çox zaman diqqətdən kənarda qaldığını vurğulayır.
Bu gün Kodi Sançez media, investisiya və sahibkarlıq sahəsində fəaliyyət göstərir. O, “Contrarian Thinking” platforması vasitəsilə biznes və investisiya mövzusunda kontent istehsal edir.
Bəzən ən böyük imkanlar hamının baxdığı yerdə yox, insanların diqqət etmədiyi sahələrdə olur.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Anthropic” "xAI" üçün hər ay 1,25 milyard dollar ödəməli olacaq
21.05.2026Naxçıvanda Turizm Departamenti ləğv edilib
21.05.2026İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
21.05.2026Sement ixracından əldə olunan gəlirlər 4 milyon azalıb
21.05.2026Pilotlar narazıdır: Günəş elektrik stansiyası hava səyahətləri üçün təhlükə yaradır
21.05.2026Britaniya deputatlardan sosial media etirazı: "Məktəbə yorğun gedirlər"
21.05.2026İşsizlərin ən çox cəmləşdiyi rayonlar - CƏDVƏL
21.05.2026Mobil rabitə gəlirləri açıqlandı
21.05.2026AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub ®
21.05.2026Dünya neft qıtlığı astanasındadır: Ehtiyatlar rekord sürətlə azalır
21.05.2026"SpaceX" IPO-suna "Goldman Sachs" rəhbərlik edəcək
21.05.2026Bakı-Tbilisi-Bakı qatarının qiymətləri tam açıqlandı - CƏDVƏL
21.05.2026Azərbaycanda düyünün orta idxal qiyməti 8,6% azalıb
21.05.2026