“Təcrübəli kadrları tamamilə yenilərlə əvəzləmək böyük riskdir”

Redaktor

22.05.2026 09:00
347

“Təcrübəli kadrları tamamilə yenilərlə əvəzləmək böyük riskdir”

​Süni intellekt və yeni rəqəmsal texnologiyalar əmək bazarına o qədər sürətlə daxil olur ki, bir çox şirkətlər və əməkdaşlar ciddi bir adaptasiya prosesi ilə qarşı-qarşıyadırlar. Xüsusilə yeni nəslin texnoloji yenilikləri köhnə nəslə nisbətən daha çevik mənimsəməsi, bu gün korporativ dünyada böyük bir dilemmanın əsasını qoyub. Şirkətlər artıq mühüm seçim qarşısındadırlar: İllərin təcrübəsinə sahib olan köhnə kadrları işdən çıxarıb, yerinə texnologiyanı mükəmməl bilən gənclərimi gətirməli, yoxsa mövcud təcrübəli komandaya sərmayə yatırıb onlara rəqəmsal bacarıqları öyrətməlidirlər?

Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov Valyuta.az-a bildirib ki, şirkətlərin bu məsələyə ciddi maraq göstərməsi artıq sadə bir seçim deyil, birbaşa strateji zərurətdir:

“Süni intellekt və rəqəmsal texnologiyalar iş modellərini fundamental şəkildə dəyişir. Bu dəyişikliklərə zamanında uyğunlaşa bilməyən və kadr islahatlarını düzgün aparmayan şirkətlər rəqabət mühitində sıradan çıxmağa məhkumdurlar”.

Emil Hüseynov: “250-dən çox qadın sahibkarı bir araya gətirdik”

​Onun sözlərinə görə, məsələyə yalnız “texnologiyanı öyrənən qalacaq, öyrənməyən gedəcək” kimi amansız bazar qanunları ilə baxmaq doğru deyil, çünki burada qarşılıqlı məsuliyyət var:

“Şirkətlər insan kapitalına mütləq investisiya etməli, əməkdaşların yeni bacarıqlar qazanması üçün təlim və inkişaf imkanları yaratmalıdırlar. Unutmaq olmaz ki, texnologiyanın uğurlu tətbiqi yalnız proqram təminatı almaqla bitmir, həmin alətləri şirkətin xeyrinə düzgün idarə edə bilən insan faktoruna ehtiyac var. Eyni zamanda, əməkdaşların özləri də davamlı öyrənməyə açıq olmalıdır. Müasir əmək bazarında əsas üstünlük artıq yalnız sabit təcrübə deyil, dəyişikliklərə çevik uyğunlaşmaq qabiliyyətidir”.

​Ekspert vurğulayır ki, təcrübəli kadrlar şirkətlər üçün hələ də əvəzedilməz bir dəyər daşıyır və onları tamamilə yeniləri ilə əvəzləmək böyük riskdir:

“Bəli, texnologiya əməliyyatları sürətləndirir, hesabatları saniyələr içində hazırlayır, lakin strateji düşüncə, kritik qərarvermə, komanda idarəçiliyi və sahə üzrə dərin praktiki biliklər yalnız illərlə formalaşan təcrübə sayəsində qazanılır. Bu səbəbdən, ağıllı şirkətlərin əsas hədəfi təcrübəli əməkdaşları tamamilə kənarlaşdırmaq yox, onları yeni texnologiyalarla işləməyə adaptasiya etməkdir. Bu gün qlobal bazarda ən uğurlu model təcrübə + texnologiya sintezidir”.

​Ekspert əlavə edib ki, dəyişikliklərə tam qapalı olan və innovasiyaları mənimsəməyə maraq göstərməyən əməkdaşların gələcəyi hər bir halda risk altındadır:

“Müasir biznes dünyası yalnız keçmiş uğurlara və staja deyil, çeviklik və öyrənmə potensialına böyük önəm verir. Gələcəyin əmək bazarında ən çox tələb olunan və ən yüksək dəyər görəb profil həm peşəkar sahə təcrübəsinə, həm də güclü rəqəmsal bacarıqlara eyni dərəcədə sahib olan şəxslər olacaq”.

Rəfiqə Abdin

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Xocalıda tekstil evi açıldı

29.05.2026

Məzənnə

Yüklənir...