Texnologiyadan uzaq iş axtaranlar hələ də küçə elanlarına üstünlük verir

Redaktor

27.04.2026 09:49
602

Texnologiyadan uzaq iş axtaranlar hələ də küçə elanlarına üstünlük verir

Rəqəmsal platformaların, peşəkar iş şəbəkələrinin və onlayn vakansiya resurslarının sürətlə inkişaf etdiyi bir dövrdə hələ də küçələrdə, dayanacaqlarda və ictimai məkanlarda “iş axtarıram” məzmunlu elanlara rast gəlinir. Bəzi insanlar sadəcə əlaqə nömrəsini qeyd edərək bu üsulla iş tapmağa çalışırlar. İlk baxışda köhnəlmiş görünən bu metodun niyə hələ də istifadə olunması isə maraq doğurur. Maraqlıdır, ənənəvi və sadə görünən bu metod müasir əmək bazarında nə dərəcədə effektivdir?

İnsan resursları üzrə menecer, əmək və sosial münasibətlər üzrə ekspert Leyla Əsədullayeva Valyuta.az-a bildirib ki, bu üsulun hələ də mövcud olmasının bir neçə səbəbi var: "Bəzi namizədlərin texniki imkanları məhdud olur, köhnə telefon istifadə edirlər, internetə çıxışları zəif olur və ya elektron poçtdan aktiv istifadə etmirlər. Belə namizədlər bəzən vakansiya saytlarından xəbərsiz olur, elanları vaxtında görmür və rəqəmsal platformalarda aktiv iştirak edə bilmirlər. Nəticədə daha sadə və əlçatan üsullara üz tuturlar".

L.Əsədullayevanın sözlərinə görə, bu yanaşma daha çox yaşı nisbətən yüksək olan şəxslər və şəhərdən kənar ərazilərdə yaşayan namizədlər arasında müşahidə olunur: "Bu qrupların bir hissəsi texnologiya ilə daha az təmasda olur və ənənəvi üsulları daha rahat hesab edir".

Ekspert vurğulayır ki, bəzi hallarda işəgötürənlər də məhz həmin auditoriyanı hədəflədiyi üçün fərqli üsullardan istifadə edir: "Hər vakansiya üçün yalnız e-mail, LinkedIn və ya vakansiya portalları effektiv olmur. Bəzən namizədi yerində, birbaşa və alternativ kanallarla tapmaq daha real nəticə verir".

O bildirib ki, küçə elanlarının auditoriyası adətən lokal xarakter daşıyır: "Məsələn, müəyyən ərazidə yaşayan müəllim, dayə və ya xidmət göstərən şəxs yaxınlıqda yaşayan insanlara müraciət edir. Bu zaman məqsəd uzağa getmədən işləmək və ya evdən xidmət göstərmək olur".

Bununla belə, ekspert hesab edir ki, bu metodun effektivliyi yüksək deyil: "Çünki belə elanlar geniş auditoriyaya çatmır və imkanları məhdud olur. Bundan əlavə, bütün sektorlar bu üsulla namizəd axtarışını uyğun hesab etmir. Bu cür elanlar daha çox kiçik və orta səviyyəli işlər üçün uyğun sayılır. Yüksək vəzifələr və peşəkar karyera imkanları üçün isə müasir rəqəmsal platformalar daha effektiv vasitə olaraq qalır".

Onun fikrincə, bu üsul köhnəlmiş sayılsa da, müəyyən sosial qruplar və lokal ehtiyaclar üçün hələ də istifadə olunmağa davam edir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İlk 5 ayda nağd xarici valyuta alışı satışdan 311 milyon dollar çox olub

24.06.2026

“ByteDance"dan süni intellekt sahəsində yeni addım

24.06.2026
"Bank Respublika" reklam və marketinq xərclərini 20% azaldıb

"Bank Respublika" reklam və marketinq xərclərini 20% azaldıb - CƏDVƏL

24.06.2026

Mərkəzi Bank uçot faiz dərəcəsini sabit saxlayıb

24.06.2026

“Sığorta haqları 23% artaraq 1,5 milyard manata çatıb”

24.06.2026

"Kred Aqro" BOKT-da direktor vəzifəsinə təyinat olub

24.06.2026

İlon Mask trilyonçu statusunu itirib

24.06.2026
Şirkətdə ixtisara düşməmək üçün nə etmək lazımdır?

Şirkətdə ixtisara düşməmək üçün nə etmək lazımdır?

24.06.2026

"Təşkilatlarda ən böyük problemlərdən biri ifadə azadlığının olmamasıdır"

24.06.2026

Uğurlu insanların həmişə dəqiq planı olmur

24.06.2026

Maaş artımı tələbiniz qəbul olunmadısa, nə etməlisiniz?

24.06.2026

Süni intellekt təlimində istifadə olunan 21 milyon mahnıdan ibarət baza açıqlandı

23.06.2026

Müasir dünyanın rəqəmsal onurğa sütunu: Fiber optik kabellər necə işləyir?

23.06.2026

Müddətli əmanətlər üzrə ən aşağı faizli regionlar

23.06.2026

"Instagram" olmayanda onlar var idi: Sosial medianın unudulmuş "kralları"

23.06.2026

"SpaceX" süni intellekt startapı ilə 6,3 milyard dollarlıq müqavilə bağladı

23.06.2026

Dünyanın milyarder xəritəsi: Varlılar hansı şəhərlərdə yaşayır?

23.06.2026

Prezident onları təltif etdi - Siyahı

23.06.2026

“Groq” startapı 650 milyon dollar investisiya aldı

23.06.2026

12 il "Dünya Bankı"nda işləyən azərbaycanlıya Maliyyə Nazirliyində yüksək vəzifə verildi

23.06.2026

Məzənnə

Yüklənir...