Redaktor
“TikTok”un qurucusu Asiyanın ikinci ən varlı şəxsi oldu
“ByteDance” şirkətinin həmtəsisçisi və “TikTok”un yaradıcısı Canq İminq sərvətini artıraraq Hindistanın milyarder iş adamı Mukeş Ambanini geridə qoyub və Asiyanın ikinci ən varlı şəxsinə çevrilib.
Valyuta.az xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index” məlumat yayıb.
Məlumata görə, “ByteDance” şirkətinin dəyərinin artması və şirkətin süni intellekt sahəsində əldə etdiyi irəliləyişlər Canq İminqin sərvətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub.
Hazırda onun sərvəti 92,8 milyard dollar qiymətləndirilir. Bununla da Canq İminq Çinin ən varlı şəxsi statusunu daha da möhkəmləndirib.
“Bloomberg”in məlumatına əsasən, Canq İminqin sərvəti 2019-cu ilin mart ayından bəri yeddi dəfədən çox artıb. Həmin dövrdə onun sərvəti təxminən 13 milyard dollar səviyyəsində qiymətləndirilirdi.
Analitiklər hesab edirlər ki, süni intellekt texnologiyalarına artan maraq və “ByteDance”in bu sahədəki investisiyaları şirkətin bazar dəyərinin yüksəlməsinə, nəticədə isə onun qurucusunun sərvətinin sürətlə artmasına mühüm təsir göstərib.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏnənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır
03.06.2026İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...
03.06.2026"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib
03.06.2026Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb
03.06.2026"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı
03.06.2026"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb
03.06.2026AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır
03.06.2026Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb
03.06.2026ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?
03.06.2026Əlilliyi olan uşaqların təqaüdünün ödənilməsi qaydası dəyişdi
03.06.2026Deputat: Azərbaycanda bir istiqamət üzrə 25 milyard manat ayrılıb
03.06.2026Maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqləndi
03.06.2026Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı
03.06.2026