Redaktor
Uğur Mahmudov departament direktoru təyin edildi
Onlayn market "Ozio"-nun Marketinq Departamentinin direktor vəzifəsinə yeni təyinat olub.
Valyuta.az xəbər verir ki, bu vəzifə Uğur Mahmudova həvalə edilib.
U.Mahmudov bu təyinatadək “Boomerang Agency”də müxtəlif vəzifələrdə çalışıb. O, 2025-2026-cı illərdə Məsləhətçi Şura üzvü, 2025-ci ildə Tərəfdaş və Direktor, 2024–2025-ci illərdə isə Baş İnnovasiya və Biznes İnkişafı Direktoru vəzifələrini icra edib.
Bundan əvvəl o, 2021-2024-cü illərdə “Bakcell Ulduzum Loyalty Program – Emobile LLC”də layihə icraçısı, 2017–2021-ci illərdə “Megafun Əyləncə Mərkəzi”ndə Marketinq və Biznes İnkişafı şöbəsinin rəhbəri, 2014–2016-cı illərdə isə Mall meneceri vəzifəsində çalışıb.
U.Mahmudov Trakya Universitetində 2001–2004-cü illərdə İngilis dili müəllimliyi, 2004–2008-ci illərdə isə Biznesin idarə edilməsi və menecment ixtisası üzrə bakalavr təhsili alıb.
Nuranə Mübariz