“Unibank”, yoxsa “Expressbank”: hansı bankın kartları daha sərfəlidir?

Redaktor

13.02.2026 12:54
675

“Unibank”, yoxsa “Expressbank”: hansı bankın kartları daha sərfəlidir?

Vətəndaşlar arasında bank kartı seçimi zamanı əsas diqqət yetirilən məqamlar kart qalığına hesablanan illik gəlir, keşbek imkanları, xidmət haqqı və ümumi şərtlərdir. Xüsusilə son dövrdə müştərilər hansı bankın daha yüksək əmanət faiz təklif etdiyi, daha çox keşbek qazandırdığı və xidmət xərclərinin daha sərfəli olduğu ilə maraqlanırlar.

Bu baxımdan Valyuta.az “Unibank” və “Expressbank”ın təqdim etdiyi fərdi müştərilər üçün təqdim olunan maliyyə məhsulları arasında müqayisə aparıb.

Kart qalığına hesablanan illik gəlir

Hər iki bank debet və bəzi premium kartlar üzrə kart qalığına illik gəlir tətbiq edir.

“Expressbank”ın "Expresso Standard" "Expresso Platinum" debet kartlarında qalığa illik 6% gəlir hesablanır. "Visa Infinite" (debet və kredit) və "Mastercard Black Edition" (debet və kredit) kartlarında isə bu göstərici 7% təşkil edir.

“Unibank”da isə "UCard", "Visa Platinum" "Visa Infinite" kartları üzrə qalığa illik 7%-dək gəlir tətbiq olunur.

Kartların xidmət haqqı

“Expressbank”ın "Expresso Standard" debet kartının xidmət haqqı 10 manatdır və kartın müddəti 4 ildir. "Expresso Platinum" debet kartı 50 manatdır (müddət 4 il). "Visa Infinite" kartı üçün "Only Package" 300 manat, "Family Package" isə 400 manat təşkil edir və kartın müddəti 3 ildir. "Mastercard Black Edition" kartı üzrə xidmət haqqı 12 aylıq 100 manat, 24 aylıq 150 manat, 36 aylıq isə 200 manatdır.

"Expresso Standard" kredit kartı 10 manat, "Expresso Platinum" kredit kartı isə 50 manatdır və hər iki kartın müddəti 4 ildir.

“Unibank”da "Digital Card" "UCard" pulsuz təqdim olunur və kartın müddəti 5 ildir. "Unimiles" kartının xidmət haqqı 100 manatdır və kart 3 il müddətinə verilir.

Keşbek şərtləri

“Unibank” üzrə keşbek yalnız müəyyən edilmiş tərəfdaş və kateqoriyalar çərçivəsində hesablanır. SOCAR üzrə maksimal 10 manat, Trendyol, Temu, Bravo, Push30 və restoranlar üzrə hər istiqamət üçün 20 manat, Baku Medical Plaza üzrə 50 manat, digər kateqoriyalar üzrə isə 20 manat limit tətbiq olunur. Hər istiqamət üzrə müəyyən edilmiş maksimal məbləğə çatdıqda müştəriyə bildiriş göndərilir və həmin kateqoriya üzrə əlavə keşbek hesablanmır.

“Expressbank”da "Expresso Standard" "Expresso Platinum" (debet və kredit), həmçinin "Visa Infinite""Mastercard Black Edition" (debet və kredit) kartları üzrə partnyor şəbəkələrdə edilən alış-verişlərə 30%-dək keşbek tətbiq olunur. Keşbek faizi və maksimal məbləğ tərəfdaş müəssisə və kampaniya şərtlərindən asılı olaraq dəyişə bilər.

"Unibank" fərdi müştərilər üçün Müddətli, Yığım, Proqressiv və Topla əmanət məhsullarını təqdim edir.

Bankın təklif etdiyi şərtlər cədvəldəki kimidir: 

Unibank Əmanət məhsulları Faiz dərəcəsi Müddət Məbləğ
Müddətli 11%-dək 24 ayadək min.500 AZN/EUR/USD
Yığım 9% 12 ayadək min.50 AZN
Proqressiv 10%-dək 12 ayadək min.500 AZN
Topla 9,5%-dək 12 ayadək -
13.02.2026

"Expressbank"ın təklifləri sırasına Extra Rəqəmsal Depozit, Klassik Əmanət, Mücrü Əmanət və Əlavə Fürsət əmanət məhsulları daxildir.

Expressbank Əmanət məhsulları Faiz dərəcəsi Müddət Məbləğ
Extra rəqəmsal depozit maks.10,5% 24 ayadək min.50 AZN
Klassik əmanət maks.12% 36 ayadək min.500 AZN/USD
Mücrü əmanət maks.10,5% 24 ayadək min.300 AZN
Əlavə fürsət maks.10% 24 ayadək min.500 AZN
13.02.2026

Hər iki bank fərdi müştərilər üçün həm nağd, həm də ipoteka kreditləri təklif edir.

Nağd kreditlər

"Unibank"da nağd kredit üzrə maksimal məbləğ 70 000 manatdır. Kredit müddəti minimum 3 ay, maksimum 60 ay təşkil edir. İllik faiz dərəcəsi 9%-dən 31,45%-dək, faktiki illik faiz dərəcəsi (FİFD) isə göstərilən aralıqda tətbiq olunur. Kredit proseduruna görə komissiya 1%, 3% və ya 5% (minimum 20 manat) təşkil edir. Yeni müştərilər üçün şərtlər eyni olmaqla, komissiya 0% müəyyən edilib və minimal kredit məbləği 300 manatdır.

"Expressbank"ın nağd pul krediti üzrə maksimal məbləği də 70 000 manatadəkdir. Minimal illik faiz dərəcəsi 9,9%, FİFD isə minimum 11,9%, maksimum 36,6% təşkil edir. Kredit üzrə əsas məbləğin ödənişinə 2 ay güzəşt tətbiq olunur. Təminatsız kreditlər üzrə illik faiz 9,9%-dən başlayır, məbləğ 300-40 000 manat, müddət isə 59 ayadəkdir, komissiya 0%-3% aralığında dəyişir. Ev təminatlı kreditlərdə illik faiz 9,9%-dən, məbləğ 10 000-70 000 manat, müddət 59 ayadək, komissiya isə 1% təşkil edir.

İpoteka kreditləri

"Unibank"ın ipoteka krediti üzrə maksimal məbləğ 150 000 manatdır, müddət 3 ildən 25 ilədək (300 ayadək) müəyyən edilir. Güzəştli ipoteka üzrə maksimal məbləğ 100 000 manat, müddət isə 30 ilədəkdir. İllik faiz dərəcəsi 8%-dən artıq ola bilməz, güzəştli ipotekada isə bu göstərici 4%-dən artıq deyil. Kredit məbləği 150 000 manatdan və girov qoyulan yaşayış sahəsinin bazar dəyərinin 70%-indən artıq ola bilməz. İlkin ödəniş minimum 30% təşkil edir.

"Expressbank"ın Standart İpoteka krediti üzrə maksimal məbləğ 150 000 manat, minimal illik faiz dərəcəsi 8%, müddət 25 il, ilkin ödəniş isə minimum 20% müəyyən edilib. Güzəştli ipoteka krediti üzrə maksimal məbləğ 100 000 manat, müddət 30 il, illik faiz dərəcəsi 4%, ilkin ödəniş isə 30% təşkil edir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mebel idxalı gerilədi: ilk rübdə 26,4 milyon dollar

26.04.2026

Azərbaycanda bələdiyyə torpağı niyə "ucuz"dur? - Nəzarət mexanizmləri - ARAŞDIRMA

26.04.2026

İlon Mask: "Süni intellekt dövründə pensiya yığmağa ehtiyac qalmaya bilər"

26.04.2026

Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir

26.04.2026

Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb

26.04.2026

Restoranların "vaxt limiti" oyunu: Müştərini məcburi sifarişə vadar etmək qanunidirmi?

26.04.2026

1 hektar tütün sahəsindən nə qədər gəlir qazanmaq mümkündür?

26.04.2026

Clopos INMerge Ventures-dan investisiya cəlb edib

25.04.2026

Yeni tikilən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbi nədir?

25.04.2026

Yüz minlərlə evin gecikən "kupça"sı - Çıxış yolu

25.04.2026

Sərvəti kim daha uzun qoruyur - öz zəhməti ilə qazananlar, yoxsa miras varlıları?

25.04.2026

Startaplarda “Biz nə edirik?” yox, “nəyi dəyişirik?” dövrü

25.04.2026

Azərbaycanda 13,9 min tondan çox duru bitki yağı istehsal olunub

25.04.2026

Kevin O’Liri: Əksər insanların etdiyi 2 axmaq pul səhvi

25.04.2026

Süni intellektin insanı əvəz etməyəcəyi sahələr: Ekspert əsas peşələri açıqladı

25.04.2026

Gələn həftə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

25.04.2026

Azərbaycan və Ukrayna dron əleyhinə vasitələrin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər

25.04.2026

İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir

25.04.2026

Prezident: SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir

25.04.2026

Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub

25.04.2026

Məzənnə

Yüklənir...