Redaktor
Faiz gəlirlərinə görə ikinci olan ABB qazancını nələrdən əldə edib?
ABB 2026-cı ilin birinci rübündə faiz gəlirlərini artıraraq bu istiqamətdə ən çox gəlir əldə edən banklarından biri olub.
Valyuta.az xəbər verir ki, yanvar-mart aylarında ümumi faiz gəlirləri 295,1 milyon manata çatıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 37,4 milyon manat və ya 14,5% çoxdur.
Hesabat göstərir ki, ABB üçün ən böyük gəlir mənbəyi yenə də kredit portfeli olub. Müştərilərə verilmiş kreditlərdən əldə olunan faiz gəlirləri 232,4 milyon manat təşkil edib. Bir il əvvəl bu rəqəm 191,4 milyon manat idi.
Faiz gəlirlərində ikinci böyük payı ticarət və investisiya qiymətli kağızları tutub. Bu seqment üzrə gəlirlər 45 milyon manat olub. Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, sabit qalıb.
ABB digər faiz gəlirləri hesabına da 13,2 milyon manat qazanıb. Banklar və digər maliyyə institutlarındakı depozitlərdən gəlirlər isə 3,8 milyon manat təşkil edib. Bu istiqamətdə azalma müşahidə olunub. Ötən ilin ilk rübündə bu göstərici 6,8 milyon manat idi.
Maliyyə institutlarına verilmiş kreditlər üzrə faiz gəlirləri isə 677 min manat səviyyəsində olub.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Banklar faizlərdən nə qədər pul qazanıblar? - CƏDVƏL
"Bank Respublika"da təhlükəli kreditlər 62%-dən çox artıb
“Azər Türk Bank”ın gecikmiş kredit yükü bu 10 regionun payına düşür - CƏDVƏL