Redaktor
Əhalinin əmanətləri hansı banklarda cəmlənib? - RENKİNQ
2026-cı ilin birinci rübünün yekunlarına görə, Azərbaycanda fiziki şəxslərin banklardakı depozitlərinin həcmi üzrə ən böyük pay ABB-nin payına düşüb.
Valyuta.az xəbər verir ki, bankda əhalinin əmanətlərinin həcmi 3 milyard 562 milyon 323 min 330 manat təşkil edib.
İkinci sırada 3 milyard 315 milyon 253 min manatla Kapital Bank, üçüncü yerdə isə 1 milyard 908 milyon 35 min manatla PAŞA Bank qərarlaşıb.
Sonrakı pillələrdə Unibank (1 milyard 98 milyon 683 min 303 manat), Yelo Bank (914 milyon 580 min 240 manat) və AccessBank (905 milyon 890 min manat) yer alıb. Siyahıda həmçinin Xalq Bank, Bank of Baku, Rabitəbank və Bank Respublika da ilk onluqda qərarlaşıb.
Ən aşağı göstəricilər isə Bank Avrasiya, Bank VTB Azərbaycan və Yapı Kredi Bank Azərbaycan üzrə qeydə alınıb.
| Banklar | Fiziki şəxslərin depoziti - 2026, I rüb |
|---|---|
| ABB | 3 562 323 330 |
| Kapital Bank | 3 315 253 000 |
| PAŞA Bank | 1 908 035 000 |
| Unibank | 1 098 683 303 |
| Yelo Bank | 914 580 240 |
| AccessBank | 905 890 000 |
| Xalq Bank | 863 221 130 |
| Bank of Baku | 716 616 370 |
| Rabitəbank | 622 846 000 |
| Bank Respublika | 603 312 080 |
| Turan Bank | 383 342 000 |
| Premium Bank | 310 218 000 |
| Azərbaycan Sənaye Bankı | 305 568 790 |
| Expressbank | 271 690 000 |
| Azər Türk Bank | 213 060 000 |
| Ziraat Bank Azərbaycan | 188 643 930 |
| AFB Bank | 166 210 750 |
| Yapı Kredi Bank Azərbaycan | 94 429 510 |
| Bank VTB Azərbaycan | 78 104 480 |
| Bank Avrasiya | 65 388 910 |
| 24.04.2026 |
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Öhdəlikləri milyard manatı keçən banklar - CƏDVƏL
Faiz gəlirlərinə görə ikinci olan ABB qazancını nələrdən əldə edib?
"Bank Respublika"da təhlükəli kreditlər 62%-dən çox artıb