Redaktor
Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib
Cari ilin ilk 3 ayında Azərbaycan xarici ölkələrdən ümumilikdə 3 min 838,5 ton təzə və ya qurudulmuş limon və laym idxal edib. İdxalın dəyəri isə 2 milyon 931,71 min ABŞ dolları ((4 milyon 983,9 min manat) təşkil edib.
Valyuta.az xəbər verir ki, sözügedən məhsulun idxalında əsas pay Türkiyənin payına düşüb.
Belə ki, hesabat dövründə Türkiyədən 3 min 726,05 ton limon və laym idxal olunub. Bu məhsulların dəyəri 2 milyon 817,97 min ABŞ dolları olub. Orta idxal qiyməti hər kiloqram üçün 0,76 dollar və ya 1,29 manat təşkil edib.
İran İslam Respublikasından 47,47 ton məhsul gətirilib. İdxalın dəyəri 35,6 min ABŞ dolları olub. Orta qiymət hər kiloqram üçün 0,75 dollar və ya 1,28 manat təşkil edib.
Suriya Ərəb Respublikasından 37,15 ton limon və laym idxal olunub. Məhsulun dəyəri 27,95 min ABŞ dolları olub. Orta qiymət hər kiloqram üçün 0,75 dollar və ya 1,28 manat olub.
Braziliyadan 15,4 ton məhsul idxal edilib. Bunun üçün 31,59 min ABŞ dolları ödənilib. Orta qiymət hər kiloqram üçün 2,05 dollar və ya 3,49 manat olub.
Cənubi Afrika Respublikasından isə 12,4 ton limon və laym gətirilib. İdxalın dəyəri 18,24 min ABŞ dolları təşkil edib. Orta qiymət hər kiloqram üçün 1,47 dollar və ya 2,50 manat olub.
Bundan əlavə, Kolumbiyadan 0,01 ton, Vyetnamdan isə 0,03 ton limon və laym idxal edilib.
Eyni zamanda, Azərbaycan sözügedən məhsulun ixracını yalnız Səudiyyə Ərəbistanına həyata keçirib. Hesabat dövründə bu ölkəyə 0,03 ton limon və laym satılıb. İxracın ümumi dəyəri 0,07 min ABŞ dolları təşkil edib. Orta ixrac qiyməti hər kiloqram üçün 2,33 dollar və ya 3,96 manat olub.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb
04.06.2026Dünya birjalarında fərqli istiqamət: ABŞ yüksəlir, Avropa geriləyir
04.06.2026Bölmə rəisi işdən çıxdı - Yeni vəzifəyə təyin olundu
04.06.2026Karyerada 45 yaş baryeri: ChatGPT təcrübəli işçiləri silir?
04.06.2026Kiber hücumçular artıq zərərli proqram əvəzinə qanuni hesabları istifadə edir
04.06.2026Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək
04.06.2026Vacib xammalın qiymətləri iki ayın minimumuna düşdü
04.06.2026Yeni kiberkəşfiyyat hesabatı: Robototexnika və nüvə şirkətləri hədəfə alınıb
04.06.2026"Microsoft" gələcəyi göstərdi: Ekranlar qalır, tətbiqlər yox olur
04.06.2026
Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir
04.06.2026Azərbaycanda universitet 3 vəzifəyə işçi axtarır
04.06.2026"Nvidia" daha bir startapı satın alıb
04.06.2026Niyə milyarderlər ikinci vətəndaşlıq axtarırlar?
04.06.2026Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib
04.06.2026"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı
04.06.2026Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...
04.06.2026