"Microsoft" gələcəyi göstərdi: Ekranlar qalır, tətbiqlər yox olur

Redaktor

04.06.2026 18:47
43

"Microsoft" gələcəyi göstərdi: Ekranlar qalır, tətbiqlər yox olur

"Microsoft" “Build 2026” tədbirində “Project Solara” adlı yeni platformasını təqdim edib. 

Valyuta.az zəbər verir ki, Android əsaslı bu konsept sistem ənənəvi tətbiqlərdən çox, süni intellekt agentlərini mərkəzə yerləşdirir.

Tətbiqlər deyil, agentlər dövrü

Şirkətə görə “Solara” yaxın zamanda kütləvi istifadə üçün hazır bir əməliyyat sistemi deyil, daha çox konsept mərhələsində olan bir yanaşmadır. Microsoft hazırda yalnız bəzi eksperimental cihazlar üzərində işləyir.

Platformanın əsas ideyası ondan ibarətdir ki, istifadəçi artıq ayrıca tətbiqlər açmayacaq. Bunun əvəzinə süni intellekt agentləri istifadəçinin ehtiyacını anlayaraq tapşırıqları avtomatik yerinə yetirəcək. Bu yanaşma cihazdan asılı olmayaraq işləyə biləcək bir ekosistem hədəfləyir.

Sistem AOSP (Android Open Source Project) üzərində qurulub. Lakin Microsoft bunu “Android” adı ilə təqdim etmir və platformanı “Microsoft Device Ecosystem Platform” kimi adlandırır.

İnterfeyslər anlıq yaranacaq

“Project Solara”nın ən diqqətçəkən hissəsi “just-in-time UI” (anlıq yaradılan interfeys) konsepsiyasıdır.

Bugünkü sistemlərdə hər cihaz üçün ayrıca interfeys hazırlanır. Lakin Solara-da interfeys sabit deyil — süni intellekt agentləri onu istifadəçinin ehtiyacına və cihazın ölçüsünə görə real vaxtda yaradır. Məsələn, kiçik ekranda sadə funksiyalar görünərkən, böyük ekranda daha geniş məlumat paneli avtomatik formalaşır.

Microsoft bu texnologiyanın hələ hazır məhsul olmadığını, yalnız tədqiqat və inkişaf mərhələsində olduğunu vurğulayır.

İki konsept cihaz təqdim olunub

Şirkət "Solara"nın necə işləyə biləcəyini göstərmək üçün iki nümunə cihaz nümayiş etdirib.

Birinci cihaz “Desk Concept” adlanır. Bu cihaz sensor ekran, kamera və mikrofonla təchiz olunmuş masaüstü ekran kimi işləyir. O, həm də köməkçi ekran funksiyasını yerinə yetirə bilir və Windows 365 vasitəsilə bulud əsaslı kompüterə çevrilə bilir. Bu modeldə MediaTek IoT prosessorlarından istifadə olunur.

İkinci cihaz isə daha fərqli dizayna malikdir. “Badge Concept” adlanan bu qurğu boyundan asılan iş kartı formasındadır, lakin içində ekran, 5G bağlantısı, kamera, mikrofon və barmaq izi oxuyucu mövcuddur. Cihazın süni intellekt agentlərinə biometrik girişlə bağlanması, görüşləri yazması, xülasələr hazırlaması və ətraf mühitdən məlumat toplaması nəzərdə tutulur. Bu model Qualcomm əsaslı çiplərlə işləyir.

Satış planı yoxdur

"Microsoft" bu cihazların hələlik satışa çıxarılmayacağını bildirir. Hazırda məqsəd texnologiyanı sənaye tərəfdaşları ilə birlikdə test etməkdir. Layihədə "AccuWeather", "Best Buy", "CVS Health", "Levi’s" və "Target" kimi şirkətlərin iştirakı planlaşdırılır.

Sənaye artıq eyni istiqamətdə gedir

"Microsoft" tək deyil. "Google" da oxşar şəkildə süni intellekt əsaslı interfeyslərə keçid üzərində işləyir. Son təqdimatlarda göstərilən texnologiyalar istifadəçinin sorğusuna uyğun olaraq dinamik mini tətbiqlər yaradır.

Bu tendensiya göstərir ki, gələcəkdə tətbiqlərin yerini süni intellekt agentləri ala bilər. "Microsoft"un “Project Solara” konsepti də bu dönüşümün ilk ciddi addımlarından biri kimi qiymətləndirilir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04.06.2026

Dünya birjalarında fərqli istiqamət: ABŞ yüksəlir, Avropa geriləyir

04.06.2026

Bölmə rəisi işdən çıxdı - Yeni vəzifəyə təyin olundu

04.06.2026

Karyerada 45 yaş baryeri: ChatGPT təcrübəli işçiləri silir?

04.06.2026

Kiber hücumçular artıq zərərli proqram əvəzinə qanuni hesabları istifadə edir

04.06.2026

Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək

04.06.2026

Vacib xammalın qiymətləri iki ayın minimumuna düşdü

04.06.2026

Yeni kiberkəşfiyyat hesabatı: Robototexnika və nüvə şirkətləri hədəfə alınıb

04.06.2026

"Microsoft" gələcəyi göstərdi: Ekranlar qalır, tətbiqlər yox olur

04.06.2026
Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir

Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir

04.06.2026

Azərbaycanda universitet 3 vəzifəyə işçi axtarır

04.06.2026

"Nvidia" daha bir startapı satın alıb

04.06.2026

Niyə milyarderlər ikinci vətəndaşlıq axtarırlar?

04.06.2026

Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib

04.06.2026

"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı

04.06.2026

Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...

04.06.2026
Startap üçün haradan pul tapmaq olar?

Startap üçün haradan pul tapmaq olar? - ŞƏRTLƏR

04.06.2026

Bankda işləyirdi, itlər üçün tort bişirərək biznes qurdu

04.06.2026

Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq

04.06.2026

Telefon satmağı dayandıran "Nokia" pulu haradan qazanır?

04.06.2026

Məzənnə

Yüklənir...