Redaktor
Bankda işləyirdi, itlər üçün tort bişirərək biznes qurdu
İllər əvvəl dünyanı ağuşuna alan koronavirus pandemiyası milyonlarla insanın həyatını dəyişdi. Bəziləri işini itirdi, bəziləri isə yeni biznes qurmaq üçün fürsət tapdı.
Valyuta.az xəbər verir ki, Böyük Britaniyada yaşayan Semmi Coys isə biznesini yaradanlardan biri oldu. O, evdə təcriddə qaldığı günlərdə ağlına gələn ideya sayəsində ev heyvanları üçün tort hazırlayan biznes qurub.
Pandemiya dövründə evdə sıxılan gənc qadın təsadüfən rast gəldiyi ideyanı gəlirli biznesə çevirib. Belə ki, Semmi Coys itlər və pişiklər üçün xüsusi tortlar hazırlayan şirkət yaradıb.
Bank əməkdaşı kimi çalışan Semmi biznesə koronavirus səbəbindən təcriddə qaldığı vaxt başlayıb.
Onun sözlərinə görə, internetdə itlər üçün hazırlanmış tortlarla bağlı səhifə görməsi yeni biznes ideyasının yaranmasına səbəb olub.
"Mən əvvəllər itlər üçün tortların mövcud olduğunu belə bilmirdim. Araşdırdıqdan sonra bu sahədə çox az təklif olduğunu gördüm və düşündüm ki, bunu özüm edə bilərəm",- deyə sahibkar bildirib.

O, əvvəlcə dostlarının itləri üçün kiçik tortlar hazırlayıb və onları pulsuz təqdim edib. Məhsullar ev heyvanları tərəfindən bəyənildikdən sonra o, "Pawfect Cakes" adlı biznesini qurub.
Sahibkarın hazırladığı məhsullar arasında itlər üçün keks, ad günü tortları, hədiyyə qutuları, papaqlar və fərdiləşdirilmiş aksesuarlar yer alır. Daha sonra o, pişiklər üçün də xüsusi məhsullar hazırlamağa başlayıb. Pişiklər üçün hazırlanan tortların əsas inqrediyenti isə tuna balığıdır.
Semmi bildirir ki, müştərilərin əksəriyyəti ev heyvanlarının ad günlərini qeyd etmək üçün sifariş verir. Pandemiya dövründə insanların evdə daha çox vaxt keçirməsi və ev heyvanlarına diqqətin artması biznesin sürətlə böyüməsinə kömək edib.

Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb
04.06.2026Dünya birjalarında fərqli istiqamət: ABŞ yüksəlir, Avropa geriləyir
04.06.2026Bölmə rəisi işdən çıxdı - Yeni vəzifəyə təyin olundu
04.06.2026Karyerada 45 yaş baryeri: ChatGPT təcrübəli işçiləri silir?
04.06.2026Kiber hücumçular artıq zərərli proqram əvəzinə qanuni hesabları istifadə edir
04.06.2026Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək
04.06.2026Vacib xammalın qiymətləri iki ayın minimumuna düşdü
04.06.2026Yeni kiberkəşfiyyat hesabatı: Robototexnika və nüvə şirkətləri hədəfə alınıb
04.06.2026"Microsoft" gələcəyi göstərdi: Ekranlar qalır, tətbiqlər yox olur
04.06.2026
Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir
04.06.2026Azərbaycanda universitet 3 vəzifəyə işçi axtarır
04.06.2026"Nvidia" daha bir startapı satın alıb
04.06.2026Niyə milyarderlər ikinci vətəndaşlıq axtarırlar?
04.06.2026Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib
04.06.2026"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı
04.06.2026Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...
04.06.2026