"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir?

Redaktor

04.06.2026 16:44
58

"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı

Hazırda "Şahdəniz" yatağında ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir.

Valyuta.az xəbər verir ki, bu barədə layihənin texniki operatoru olan "BP-Azərbaycan" şirkətinin məlumatında bildirilib.

"Hazırda yataqdan qaz hasilatı "Şahdəniz-1" və "Şahdəniz-2" layihələri çərçivəsində həyata keçirilir. İşlənmənin birinci mərhələsi nəzərə alınmaqla, hazırda yataqda ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir", - məlumatda vurğulanıb.

Bununla yanaşı, şirkətin məlumatına görə, hazırda "Şahdəniz-2" layihəsi çərçivəsində ildə 17 milyard kubmetr qaz hasil edilir.

"Mövcud "Şahdəniz" obyektlərinin istehsal gücü gündəlik 76 milyon kubmetri və ya ildə 28 milyard kubmetri ötür", - məlumatda bildirilib.

"Şahdəniz" yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. "Şahdəniz" üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), "Lukoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %), "Cənub Qaz Dəhlizi" (16,02 %), MVM (5 %).

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04.06.2026

Dünya birjalarında fərqli istiqamət: ABŞ yüksəlir, Avropa geriləyir

04.06.2026

Bölmə rəisi işdən çıxdı - Yeni vəzifəyə təyin olundu

04.06.2026

Karyerada 45 yaş baryeri: ChatGPT təcrübəli işçiləri silir?

04.06.2026

Kiber hücumçular artıq zərərli proqram əvəzinə qanuni hesabları istifadə edir

04.06.2026

Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək

04.06.2026

Vacib xammalın qiymətləri iki ayın minimumuna düşdü

04.06.2026

Yeni kiberkəşfiyyat hesabatı: Robototexnika və nüvə şirkətləri hədəfə alınıb

04.06.2026

"Microsoft" gələcəyi göstərdi: Ekranlar qalır, tətbiqlər yox olur

04.06.2026
Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir

Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir

04.06.2026

Azərbaycanda universitet 3 vəzifəyə işçi axtarır

04.06.2026

"Nvidia" daha bir startapı satın alıb

04.06.2026

Niyə milyarderlər ikinci vətəndaşlıq axtarırlar?

04.06.2026

Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib

04.06.2026

"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı

04.06.2026

Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...

04.06.2026
Startap üçün haradan pul tapmaq olar?

Startap üçün haradan pul tapmaq olar? - ŞƏRTLƏR

04.06.2026

Bankda işləyirdi, itlər üçün tort bişirərək biznes qurdu

04.06.2026

Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq

04.06.2026

Telefon satmağı dayandıran "Nokia" pulu haradan qazanır?

04.06.2026

Məzənnə

Yüklənir...