Redaktor
Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...
ABŞ-da süni intellekt sahəsində fəaliyyət göstərən “Flowlyst” şirkətinin təsisçisi Əziz Ağayev Bakıda keçirilən seminarda iştirakçılara süni intellekt alətlərinin biznesdə tətbiqi və yeni texnologiyaların yaratdığı imkanlardan danışıb.
O, xüsusilə “Google”un süni intellekt əsaslı Notebook LM alətini nümunə göstərərək bildirib ki, bu platforma tələbələr üçün nəzərdə tutulsa da, bizneslər üçün də böyük potensiala malikdir.
Seminarda Ə.Ağayev son dövrlərdə populyarlıq qazanan Cloud Code alətindən də bəhs edib. O, iştirakçılara bu texnologiyanı öyrənməyi tövsiyə edərək, süni intellektin köməyi ilə proqram və xidmətlər hazırlamağın artıq əvvəlki qədər çətin olmadığını vurğulayıb.
Onun sözlərinə görə, uğurlu məhsul yaratmaq üçün ilk addım bazardakı problemləri müəyyənləşdirməkdir:
“Əvvəlcə süni intellekt vasitəsilə insanların ən çox hansı problemlərdən danışdığını araşdırın. Daha sonra yenə süni intellekt ilə həmin problemlərin həlli yollarını düşünün, məhsulu hazırlayın və satışa çıxarın”.
Əziz Ağayev yeni başlayan sahibkarlara yaxın çevrələrindəki insanların problemlərini araşdırmağı da məsləhət görüb. O bildirib ki, ilk müştərilər çox vaxt dostlar, qohumlar və tanışlar olur: “Problemləri həll edin və məhsulunuzu satın. Pulsuz təqdim etdiyiniz məhsulun dəyəri çox zaman görünmür”.
Tədbirdə startapların ilkin maliyyələşməsi məsələsinə də toxunan Ə.Ağayev bildirib ki, biznesin ilk mərhələlərində ailə və yaxınların dəstəyi mühüm rol oynayır. Onun fikrincə, bir çox uğurlu layihələr məhz kiçik məbləğli ilkin investisiyalarla fəaliyyətə başlayır.
Ekspert hesab edir ki, süni intellekt alətlərinin sürətlə inkişaf etdiyi indiki dövrdə ən böyük imkan texnologiyanın özündə deyil, onun vasitəsilə real problemlərə həll təqdim etməkdədir.
Mələk Ziyad
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb
04.06.2026Dünya birjalarında fərqli istiqamət: ABŞ yüksəlir, Avropa geriləyir
04.06.2026Bölmə rəisi işdən çıxdı - Yeni vəzifəyə təyin olundu
04.06.2026Karyerada 45 yaş baryeri: ChatGPT təcrübəli işçiləri silir?
04.06.2026Kiber hücumçular artıq zərərli proqram əvəzinə qanuni hesabları istifadə edir
04.06.2026Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək
04.06.2026Vacib xammalın qiymətləri iki ayın minimumuna düşdü
04.06.2026Yeni kiberkəşfiyyat hesabatı: Robototexnika və nüvə şirkətləri hədəfə alınıb
04.06.2026"Microsoft" gələcəyi göstərdi: Ekranlar qalır, tətbiqlər yox olur
04.06.2026
Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir
04.06.2026Azərbaycanda universitet 3 vəzifəyə işçi axtarır
04.06.2026"Nvidia" daha bir startapı satın alıb
04.06.2026Niyə milyarderlər ikinci vətəndaşlıq axtarırlar?
04.06.2026Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib
04.06.2026"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı
04.06.2026Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...
04.06.2026