Dünya birjalarında fərqli istiqamət: ABŞ yüksəlir, Avropa geriləyir

Redaktor

04.06.2026 22:24
31

Dünya birjalarında fərqli istiqamət: ABŞ yüksəlir, Avropa geriləyir

Bir tərəfdən Yaxın Şərqdəki müharibə, digər tərəfdən texnologiya şirkətlərinin öncülük etdiyi süni intellekt rallisi (çip səhmlərinin kəskin bahalaşması) dünya birjalarını iki yerə bölüb. 

Valyuta.az xəbər verir ki, süni intellektə sərmayə yatıran və maliyyə nəticələri güclü olan texnologiya şirkətlərinin yer aldığı ABŞ birjaları rekordlar qırıb: bu ralli Asiya birjalarına da yayılıb. Avropa birjaları və İstanbul birjasında isə İran müharibəsinin yaratdığı geosiyasi gərginlik və 98 dollara yaxınlaşan neft qiymətləri satış təzyiqinə səbəb olub.

Birja dəyəri 5,7 trilyon dollara çatan “Nvidia”, 4,6 trilyon dollarlıq “Alphabet”, 3,1 trilyon dollarlıq “Microsoft” Kanada (2,51 trilyon dollar), Fransa (3,6 trilyon dollar) və Almaniya (5,45 trilyon dollar) kimi ölkələrin ÜDM-sini belə geridə qoyan bu texnologiya nəhəngləri süni intellekt yatırımları ilə qlobal birjalarda rallini davam etdirir.

Beləliklə, ABŞ birjalarında böyük çəkiyə sahib texnologiya şirkətlərinə artan investor marağı Yaxın Şərqdəki müharibənin mənfi təsirlərini belə məhdudlaşdırıb. Lakin süni intellekt sahəsində öncül şirkətlərin olmadığı bazarlar bu rallidən kifayət qədər faydalana bilməyib. Bu isə qlobal maliyyə bazarlarında “bir tərəf bahar, bir tərəf payız” mənzərəsini yaradıb. Bir tərəfdən Nyu-York birjalarında rallı Asiya bazarlarına yayılarkən, Avropa birjaları və İstanbul birjası artan geosiyasi risklər və neft qiymətlərinin yaratdığı inflyasiya narahatlıqları səbəbilə satış yönlü hərəkət edib.

Bəzi məlumatlara görə, “Nvidia” və “Microsoft” əməkdaşlığı ilə təqdim edilən yeni “RTX Spark” çipi sayəsində süni intellekt artıq internet bağlantısı olmadan da kompüterlərdə istifadə oluna biləcək. Bu texnologiyanın bulud sistemlərindən asılılığı azaltması və birbaşa cihaz üzərində işləməsi böyük dönüşüm kimi qiymətləndirilir.

Digər tərəfdən, “Alphabet” süni intellekt infrastrukturuna yatırımları maliyyələşdirmək üçün 80 milyard dollarlıq kapital artımı planı açıqlayıb. “Hewlett Packard Enterprise (HPE)” səhmləri isə gözləntiləri aşan maliyyə nəticələri səbəbilə 19,5 faiz yüksəlib. Bu və oxşar inkişaflarla həftənin əvvəlində "Dow Jones" 51 min 161,10, S&P 500 7 min 617,66 və "Nasdaq" 27 min 190,21 bəndlə rekord səviyyələrə çatıb. Sonrakı günlərdə də artım davam edib.

ABŞ-dan gələn yeni gömrük rüsumları və İran müharibəsi ilə bağlı qarışıq mesajlar Avropa birjalarında mənfi təsir yaradıb. Almaniyada DAX 40 təxminən 1 faiz, İngiltərədə FTSE 100 0,2 faiz, Fransada CAC 40 0,39 faiz, İtaliyada FTSE MIB 0,4 faiz ucuzlaşıb.

“Gedik Yatırım” Araşdırma Direktorunun müavini Onur Can Bal "Hürriyət" qəzetinə açıqlamasında bildirib ki, ABŞ-da texnologiya şirkətlərinin güclü maliyyə nəticələri bu sektora marağı artırıb və bu da indeksləri yuxarı daşıyan əsas amillərdən biridir. Onun sözlərinə görə, bəzi analitiklər mümkün “şar” riskindən danışsa da, şirkətlərin gəlir və mənfəət artımı bu marağı dəstəkləyir.

O qeyd edib ki, Avropa birjalarında ABŞ-dakı süni intellekt trendini daşıyacaq kifayət qədər şirkət yoxdur, Türkiyədə də vəziyyət oxşardır. Buna görə də BIST 100-dəki hərəkətləri qlobal rallı ilə eyniləşdirmək doğru deyil və spekulyativ qiymətlənmələrə qarşı ehtiyatlı olmaq lazımdır.

Onur Can Bal həmçinin İran müharibəsinin bazarlara təsir etdiyini, neftin yenidən 98 dollara yaxınlaşmasının Birja İstanbulda geri çəkilmələrə səbəb olduğunu bildirib. O, ümumilikdə tam mənfi mənzərə görmədiyini qeyd edərək, müharibənin sona çatması halında Birja İstanbulda yüksəliş potensialı yarana biləcəyini deyib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04.06.2026

Dünya birjalarında fərqli istiqamət: ABŞ yüksəlir, Avropa geriləyir

04.06.2026

Bölmə rəisi işdən çıxdı - Yeni vəzifəyə təyin olundu

04.06.2026

Karyerada 45 yaş baryeri: ChatGPT təcrübəli işçiləri silir?

04.06.2026

Kiber hücumçular artıq zərərli proqram əvəzinə qanuni hesabları istifadə edir

04.06.2026

Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək

04.06.2026

Vacib xammalın qiymətləri iki ayın minimumuna düşdü

04.06.2026

Yeni kiberkəşfiyyat hesabatı: Robototexnika və nüvə şirkətləri hədəfə alınıb

04.06.2026

"Microsoft" gələcəyi göstərdi: Ekranlar qalır, tətbiqlər yox olur

04.06.2026
Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir

Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir

04.06.2026

Azərbaycanda universitet 3 vəzifəyə işçi axtarır

04.06.2026

"Nvidia" daha bir startapı satın alıb

04.06.2026

Niyə milyarderlər ikinci vətəndaşlıq axtarırlar?

04.06.2026

Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib

04.06.2026

"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı

04.06.2026

Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...

04.06.2026
Startap üçün haradan pul tapmaq olar?

Startap üçün haradan pul tapmaq olar? - ŞƏRTLƏR

04.06.2026

Bankda işləyirdi, itlər üçün tort bişirərək biznes qurdu

04.06.2026

Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq

04.06.2026

Telefon satmağı dayandıran "Nokia" pulu haradan qazanır?

04.06.2026

Məzənnə

Yüklənir...