Redaktor
Azərbaycanda yeni evlənənlərə dövlət hansı güzəştləri edir?
Azərbaycanda yeni evlənən gənclərin sosial təminatının gücləndirilməsi son illərin ən çox müzakirə olunan mövzularından biridir. Maraqlıdır ki, yeni evlənən gənc cütlüklərə ölkəmizdə hansı güzəştlər edilir və ya edilə bilər?
Məsələ ilə əlaqədar Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycanda gənc ailələr üçün həm güzəştli ipoteka kreditləri, həm də uyğun qiymətə mənzil təminatı həyata keçirilir:
“Güzəştli ipotekanın şərtlərinə görə burada maksimum məbləğ 100 min manat, illik faiz 4-dür. Bundan başqa güzəştli ipoteka kreditləri Azərbaycanda ən aşağı faizlə təklif olunan kreditlərdir. Adi ipoteka kreditində faiz 8-dir. Ona görə də, burda məqsəd gənc ailələrin mənzil təminatına yönəlib. Eyni zamanda Sosial Mənzil Fondu da genişlənir. Buraya müraciət etməklə gənc ailələr sosial evlərdən faydalana bilərlər”.
Onun sözlərinə görə, praktik olaraq həm güzəştli ipoteka, həm sosial evlər gənc ailələr üçün nəzərdə tutulub.
“Gənc ailələr əgər ipoteka götürüb mənzil yerini seçib mənzil almaq istəyirlərsə, banklarda güzəştli ipoteka kreditlərindən istifadə edə bilərlər. Yaxud da təklif olunan yerlərdə mənzil almaq istəyərlərsə, bu zaman MİDA-nın xətti ilə aşağı ödənişlə əldə edə bilərlər”, – deyə V. Bayramov vurğulayıb.
Baku.ws
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb
04.06.2026Dünya birjalarında fərqli istiqamət: ABŞ yüksəlir, Avropa geriləyir
04.06.2026Bölmə rəisi işdən çıxdı - Yeni vəzifəyə təyin olundu
04.06.2026Karyerada 45 yaş baryeri: ChatGPT təcrübəli işçiləri silir?
04.06.2026Kiber hücumçular artıq zərərli proqram əvəzinə qanuni hesabları istifadə edir
04.06.2026Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək
04.06.2026Vacib xammalın qiymətləri iki ayın minimumuna düşdü
04.06.2026Yeni kiberkəşfiyyat hesabatı: Robototexnika və nüvə şirkətləri hədəfə alınıb
04.06.2026"Microsoft" gələcəyi göstərdi: Ekranlar qalır, tətbiqlər yox olur
04.06.2026
Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir
04.06.2026Azərbaycanda universitet 3 vəzifəyə işçi axtarır
04.06.2026"Nvidia" daha bir startapı satın alıb
04.06.2026Niyə milyarderlər ikinci vətəndaşlıq axtarırlar?
04.06.2026Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib
04.06.2026"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı
04.06.2026Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...
04.06.2026