Redaktor
“AzərGold” son 5 ildə 385,6 milyon manatlıq ixrac həyata keçirib
Qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlər arasında yer alan “AzərGold” QSC son illərdə ixrac göstəricilərini əhəmiyyətli dərəcədə artırıb.
Valyuta.az xəbər verir ki, şirkət 2022-2026-cı illərin yanvar-aprel ayları ərzində ümumilikdə 226,8 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib. Bu məbləğ 385,6 milyon manata bərabərdir.
Belə ki, 2026-cı ilin yanvar-aprel aylarında “AzərGold” QSC 79,1 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib. 2025-ci ilin eyni dövründə bu göstərici 68,4 milyon ABŞ dolları təşkil edib. Nəticədə, cari ilin ilk 4 ayında şirkətin ixrac gəlirləri illik müqayisədə 10,7 milyon ABŞ dolları və ya 15,64% artıb.
2024-cü ilin yanvar-aprel aylarında şirkətin ixracdan gəliri 22,9 milyon ABŞ dolları olub. Bu göstərici 2025-ci ilin eyni dövründə 45,5 milyon ABŞ dolları və ya 198,68% artaraq 68,4 milyon ABŞ dollarına yüksəlib.
2023-cü ilin yanvar-aprel aylarında isə şirkətin ixrac gəlirləri 31,2 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründə ixracın 8,3 milyon ABŞ dolları və ya 26,60% azalaraq 22,9 milyon ABŞ dollarına düşdüyünü göstərir.
2022-ci ilin yanvar-aprel aylarında şirkət 25,2 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib. Beləliklə, 2023-cü ilin eyni dövründə ixrac gəlirləri 6 milyon ABŞ dolları və ya 23,80% artaraq 31,2 milyon ABŞ dollarına çatıb.
2021-ci ilin yanvar-aprel aylarında isə şirkətin ixracdan əldə etdiyi gəlirlər 30,6 milyon ABŞ dollar dəyərində hesablanıb. Bu da 2022-ci ilin eyni dövründə göstəricinin 5,4 milyon ABŞ dolları və ya 17,64% azalaraq 25,2 milyon ABŞ dollarına enməsi deməkdir.
| İl | İxrac (mln. ABŞ dolları) | İllik fərq (mln. ABŞ dolları) | İllik fərq (%) |
|---|---|---|---|
| 2026 | 79,1 | 10,7 | 15,64% |
| 2025 | 68,4 | 45,5 | 198,68% |
| 2024 | 22,9 | -8,3 | -26,60% |
| 2023 | 31,2 | 6 | 23,80% |
| 2022 | 25,2 | -5,4 | -17,64% |
| 03.06.2026 | |||
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb
04.06.2026Dünya birjalarında fərqli istiqamət: ABŞ yüksəlir, Avropa geriləyir
04.06.2026Bölmə rəisi işdən çıxdı - Yeni vəzifəyə təyin olundu
04.06.2026Karyerada 45 yaş baryeri: ChatGPT təcrübəli işçiləri silir?
04.06.2026Kiber hücumçular artıq zərərli proqram əvəzinə qanuni hesabları istifadə edir
04.06.2026Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək
04.06.2026Vacib xammalın qiymətləri iki ayın minimumuna düşdü
04.06.2026Yeni kiberkəşfiyyat hesabatı: Robototexnika və nüvə şirkətləri hədəfə alınıb
04.06.2026"Microsoft" gələcəyi göstərdi: Ekranlar qalır, tətbiqlər yox olur
04.06.2026
Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir
04.06.2026Azərbaycanda universitet 3 vəzifəyə işçi axtarır
04.06.2026"Nvidia" daha bir startapı satın alıb
04.06.2026Niyə milyarderlər ikinci vətəndaşlıq axtarırlar?
04.06.2026Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib
04.06.2026"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı
04.06.2026Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...
04.06.2026