Redaktor
“AzerGold”un törəmə müəssisələrinin zərəri kəskin artıb - Cəmi 1 rəqəm açıqlanır
“AzerGold”un törəmə müəssisələrinin zərəri kəskin artıb.
Valyuta.az xəbər verir ki, “AzerGold” QSC ötən ili müsbət nəticələrlə başa vursa da, törəmə müəssisələri haqqında eyni şeyi demək mümkün deyil.
Belə ki, maliyyə göstəricilərinə əsasən, “AzerBlast” MMC-nin xalis zərəri ötən il 3 dəfəyə yaxın artıb. Nəticədə 2023-cü ildə 53 min ABŞ dollarından 2024-cü il üçün 1,43 milyon dollara yüksəlib. Digər törəmə şirkət – “Daşkəsən Dəmir Filiz” MMC mənfəətdən zərərə keçib. Belə ki, MMC 2023-cü ildə 80 min dollar xalis mənfəət əldə etsə də, 2024-cü ili 0,52 milyon dollar xalis zərərlə bitirib. İki təşkilatın ümumi zərəri ötən il 2 milyon dollara yaxın olub.
Ümumilikdə “Azergold”un konsolidə olunmuş xalis mənfəəti 2023-cü ildəki 27,23 milyon dollardan ötən il 33,02 milyon dollara yüksəlib.
Maraqlıdır ki, “Azergold” törəmə müəssisələrinin ayrıca audit hesabatları açıqlamır. Yalnız konsolidə olunmuş hesabatda ümumi olaraq şirkətlərlə bağlı bir göstəricini açıqlamaqla kifayətlənir. Halbuki, şəffaflıq və ictimai nəzarət baxımından, xüsusən də zərər açıqlayan törəmə müəssisələrin ayrıca audit hesabatları da açıqlanmalı və ictimaiyyətə təqdim olunmalıdır. Bu, dövlət müəssisələrində səmərəliliyin qiymətləndirilməsi və maliyyə risklərinin aşkarlanması üçün vacibdir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb
04.06.2026Dünya birjalarında fərqli istiqamət: ABŞ yüksəlir, Avropa geriləyir
04.06.2026Bölmə rəisi işdən çıxdı - Yeni vəzifəyə təyin olundu
04.06.2026Karyerada 45 yaş baryeri: ChatGPT təcrübəli işçiləri silir?
04.06.2026Kiber hücumçular artıq zərərli proqram əvəzinə qanuni hesabları istifadə edir
04.06.2026Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək
04.06.2026Vacib xammalın qiymətləri iki ayın minimumuna düşdü
04.06.2026Yeni kiberkəşfiyyat hesabatı: Robototexnika və nüvə şirkətləri hədəfə alınıb
04.06.2026"Microsoft" gələcəyi göstərdi: Ekranlar qalır, tətbiqlər yox olur
04.06.2026
Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir
04.06.2026Azərbaycanda universitet 3 vəzifəyə işçi axtarır
04.06.2026"Nvidia" daha bir startapı satın alıb
04.06.2026Niyə milyarderlər ikinci vətəndaşlıq axtarırlar?
04.06.2026Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib
04.06.2026"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı
04.06.2026Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...
04.06.2026