Redaktor
“AZPULMAT”ın xalis mənfəəti və öhdəlikləri 81,7% azalıb
“AZPULMAT”ın 2025-ci il üzrə maliyyə hesabatı şirkətin əsas maliyyə göstəricilərində azalma olduğunu göstərir.
Valyuta.az xəbər verir ki, 2025-ci il tarixinə şirkətin faiz gəlirləri 18 milyon 617 min 551 manat təşkil edib.
Bu göstərici 2024-cü ilin sonunda 78 milyon 99 min 4 manat olub. Beləliklə, faiz gəlirləri illik müqayisədə 59 milyon 481 min 453 manat və ya 76,2% azalıb.
2025-ci ildə faiz xərci qeydə alınmayıb. Halbuki, 2024-cü ildə şirkətin faiz xərci 648 min 446 manat təşkil etmişdi.
Şirkətin il üzrə xalis mənfəəti də azalma göstərib. Belə ki, 2025-ci ildə xalis mənfəət 11 milyon 767 min 192 manat olub. 2024-cü ildə isə bu rəqəm 64 milyon 134 min 383 manat təşkil edib.
Bununla da “AZPULMAT”ın xalis mənfəəti illik müqayisədə 52 milyon 367 min 191 manat və ya 81,7% azalıb.
Maliyyə hesabatına görə, şirkətin cəmi aktivləri 12 milyon 503 min 210 manat və ya 16,1% azalaraq 2025-ci ilin sonunda 64 milyon 925 min 906 manat təşkil edib. 2024-cü ilin sonunda isə bu göstərici 77 milyon 429 min 116 manat olub.
Hesabat dövründə şirkətin cəmi öhdəlikləri isə 1 milyon 177 min 217 manat təşkil edib. 2024-cü ildə bu göstərici 6 milyon 447 min 619 manat olub.
Beləliklə, “AZPULMAT”ın cəmi öhdəlikləri illik müqayisədə 5 milyon 270 min 402 manat və ya 81,7% azalıb.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Meqa Sığorta”nın yığımları 7,7% azalıb, ödənişləri 13,1% artıb
02.06.2026Milli Kibertəhlükəsizlik Agentliyinin nizamnamə fondu 400 min manatı ötəcək
02.06.2026Azərbaycan qızıl ixracından nə qədər qazanıb?
02.06.2026Azərbaycanda 152 min nəfər xüsusi pensiya alır
02.06.2026Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN
02.06.2026“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®
02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi
02.06.2026Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb
02.06.2026Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb
02.06.2026