Redaktor
“Assist Finance"ın dövriyyə itkisi 1,1 milyard manatdan çoxdur
“Assist Finance” İnvestisiya Şirkətinin dövriyyəsi 2026-cı ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
Valyuta.az xəbər verir ki, şirkətin dövriyyəsi 2025-ci ilin ilk dörd ayında 2 milyard 441 milyon 945 min 153 manat olduğu halda, 2026-cı ilin eyni dövründə 1 milyard 333 milyon 484 min 732 manata düşüb.
Nəticədə 1 milyard 108 milyon 460 min 421 manat azalma qeydə alınıb.
Hesabat dövründə əməliyyat sayında da azalma müşahidə olunub. Şirkət 2025-ci ilin yanvar-aprel aylarında 1060 əməliyyat həyata keçirdiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 326 olub.
Beləliklə, əməliyyat sayı illik müqayisədə 734 əməliyyat və ya təxminən 69,2% azalıb.
Mayya Hüseynova