Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır?

Redaktor

20.05.2026 16:36
530

Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA

"Beynəlxalq istiqamətlər üzrə gediş haqqı bir neçə amil əsasında formalaşır. Ümumiyyətlə, beynəlxalq istiqamətlər üzrə gediş haqqı İsveçrə frankının yerli məzənnəyə nisbətinə əsasən formalaşdırılır və kurs fərqinə görə dəyişə bilir. Bakı-Tbilisi-Bakı reysi üzrə bilet qiymətləri də Gürcüstanla hesablaşma əsasında İsveçrə frankının manata məzənnəsinə görə müəyyənləşdirilir. Bundan əlavə, beynəlxalq marşrutlar üzrə qatarın keçdiyi hər bir ölkə tarifə əmsal tətbiq edir".

Valyuta.az xəbər verir ki, bu sözləri APA-ya müsahibəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

"Bundan əlavə, beynəlxalq marşrutlar üzrə qatarın keçdiyi hər bir ölkə tarifə öz əmsalını tətbiq edir. Yəni qiymət yalnız məsafəyə görə hesablanmır. Marşrutun beynəlxalq xarakteri, texniki xidmət, lokomotiv və vaqon istismarı, servis xərcləri də nəzərə alınır.

Qiymətlərə həmçinin ölkədaxili marşrutlarda olduğu kimi, həftə sonları, bayram günləri və yer seçimi də təsir göstərir.

Birincisi, pandemiya dövründən etibarən qlobal miqyasda həm hava, həm də dəmir yolu nəqliyyatı üzrə sərnişin daşımalarında tariflərdə əhəmiyyətli artım müşahidə olunub. 2019-2025-ci illər ərzində beynəlxalq sərnişin biletlərinin qiymətləri orta hesabla təxminən 110% yüksəlib. Bu artım, əsasən, enerji resurslarının bahalaşması, yüksək inflyasiya, təchizat zəncirində yaranmış çətinliklər, ehtiyat hissələri və texniki xidmət xərclərinin artması ilə əlaqədardır", - o bildirib.

A. Fərəcov qeyd edib ki, dizel yanacağının qiyməti 0.60 manatdan 1.10 manata yüksəlib ki, bu da 83 faiz artım deməkdir. Qeyri-əhali istehlakçıları üçün elektrik enerjisi tarifi 0.09 manatdan 0.125 manata yüksələrək təxminən 40 faiz artıb. Minimum aylıq əməkhaqqı 2019-cu ildən etibarən 180 manatdan 400 manata çatıb. Ezamiyyə xərclərində də 45 faizə qədər artım müşahidə olunub:

"İkincisi, xidmət səviyyəsi dəyişib. Əvvəllər bu marşrutda daha sadə və köhnə vaqonlardan istifadə olunurdu. Hazırda isə sərnişinlərə "Stadler" markalı müasir yataq tipli vaqonlar təqdim edilir.

Eyni zamanda, bu vaqonların texniki istismarı və servis xidmətləri xüsusi ixtisaslaşmış yanaşma tələb etdiyindən, texniki baxış və təmir işləri ADY ilə "Stadler Rail Group" arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bu istiqamətdə xərclərin artması, əsasən, ehtiyat hissələri və mal-materialların qlobal inflyasiya fonunda bahalaşması ilə bağlıdır.

Bütün bu və digər amillər bilet qiymətlərinin maya dəyərinin 2019-cu illə müqayisədə 2 dəfədən çox artmasına səbəb olub".

ADY rəsmisi "Gürcüstan tərəfinə aid tarif komponenti də qiymətə təsir edirmi?" sualına cavabında isə belə deyib:

"Bəli, beynəlxalq daşıma xarakteri nəzərə alınmaqla, Gürcüstan tərəfinə aid tarif komponenti də yekun bilet qiymətinə təsir edir. Bu komponentdə təxminən 180 faiz artım baş verib. Bu da marşrut üzrə xarici xərc yükünü artırıb.

Buna görə də Bakı-Tbilisi-Bakı marşrutunda tariflərin formalaşması yalnız ADY-nin daxili xərcləri ilə bağlı deyil. Burada həm Azərbaycan və Gürcüstan tərəfinin tarif komponentləri, həm də beynəlxalq hesablaşma mexanizmləri nəzərə alınır".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Anthropic” "xAI" üçün hər ay 1,25 milyard dollar ödəməli olacaq

21.05.2026

Naxçıvanda Turizm Departamenti ləğv edilib

21.05.2026

İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib

21.05.2026

Sement ixracından əldə olunan gəlirlər 4 milyon azalıb

21.05.2026

Pilotlar narazıdır: Günəş elektrik stansiyası hava səyahətləri üçün təhlükə yaradır

21.05.2026

Britaniya deputatlardan sosial media etirazı: "Məktəbə yorğun gedirlər"

21.05.2026

İşsizlərin ən çox cəmləşdiyi rayonlar - CƏDVƏL

21.05.2026

Mobil rabitə gəlirləri açıqlandı

21.05.2026

AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub ®

21.05.2026

Dünya neft qıtlığı astanasındadır: Ehtiyatlar rekord sürətlə azalır

21.05.2026

"SpaceX" IPO-suna "Goldman Sachs" rəhbərlik edəcək

21.05.2026

Bakı-Tbilisi-Bakı qatarının qiymətləri tam açıqlandı - CƏDVƏL

21.05.2026

Azərbaycanda düyünün orta idxal qiyməti 8,6% azalıb

21.05.2026
“Fresha” startapının dəyəri 1 milyard dollara çatdı

“Fresha” startapının dəyəri 1 milyard dollara çatdı

21.05.2026

“Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb ®

21.05.2026

"Nvidia"nın startap investisiyaları 43 milyard dollara çatdı

21.05.2026

Müasir şəhərlərin yeni tip mütəxəssislərə ehtiyacı var

21.05.2026

Bütün sosial ödənişlər sabah ödəniləcək

21.05.2026

10 gündən 12 aya qədər: "Bank of Baku" seyf icarə şərtləri və qiymətləri

21.05.2026

Əmlakını sığortalayanların ödədiyi pullar hansı şirkətlərə gedib?

21.05.2026

Məzənnə

Yüklənir...