Bank kartına pul köçürülənlərin DİQQƏTİNƏ - Vergi orqanı sizi araşdıra bilər

Redaktor

25.04.2026 08:42
187

Bank kartına pul köçürülənlərin DİQQƏTİNƏ - Vergi orqanı sizi araşdıra bilər

Son dövrlər məlum olduğu kimi vətəndaşlar arasında "Card to Card" əməliyyatları geniş vüsət alıb. Bunun əsas səbəbi insanların vaxta qənaət edərək, daha rahat və sürətli formada bir-birinə pul köçürmələrini reallaşdıra bilmə imkanıdır.

Lakin bu əməliyyatlardan sui-istifadə edən şəxslər də az deyil. Belə ki, bəzi sahibkarlar vergilərdən yayınmaq məqsədilə əldə etdikləri gəlirləri gizlətmək üçün təqdim etdikləri malların, xidmət və ya işlərin dəyərini kassa aparatı, POS-terminal və ya bank hesabı vasitəsilə yox, sadəcə adi vətəndaş qismində öz adlarına açdırdıqları bank kartları ilə "Card to Card" köçürmələri həyata keçirərək qəbul etməyə çalışırlar. Bu cür halların qarşısını almaq məqsədilə banklar tərəfindən şübhəli hesab edilən kart əməliyyatlarına dair məlumatlar vergi orqanlarına təqdim olunur və vergi orqanları həmin vətəndaşlara bu əməliyyatlara görə vergilər hesablayır.

Bəs görəsən bu məsələ ilə əlaqədar qanunvericilik nə nəzərdə tutur?

Valyuta.az xəbər verir ki, bununla bağlı Vəkillər Kollegiyasının üzvü, vergi sahəsi üzrə ekspert Elvin Şərifov "Report"a açıqlamasında bildrib ki, "Banklar haqqında" qanunun 41-ci maddəsinə əsasən şəxsin kart məlumatları bank sirri kateqoriyasına daxildir və banklar bu məlumatları yalnız şəxsin özünə, onun səlahiyyətli nümayəndəsinə və ya yazılı razılığı əsasında digər üçüncü tərəflərə təqdim edə bilərlər.

"Yəni şəxs özü yazılı qaydada razılıq vermədiyi halda, bank onun kart məlumatlarını heç bir şəraitdə vergi orqanına ötürə bilməz. Bu qanunu pozan banklar isə qanunvericiliklə müəyyən edilmiş maddi məsuliyyət daşıyırlar. Başqa sözlə, belə vəziyyətlərlə üzləşən şəxslər banklara qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəmələrə müraciət etmək hüququna malikdirlər. "Banklar haqqında" qanuna əsasən bank yalnız Vergi Məcəlləsində nəzərdə tutulmuş prosedura uyğun olaraq məlumatları vergi orqanına təqdim edə bilər ki, həmin məlumatlar da məhz adi vətəndaşa deyil, vergi ödəyicisinə, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aid olmalıdır. Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergi orqanları adi vətəndaşlara deyil, yalnız vergi ödəyicisinə aid olan bank məlumatlarını kredit təşkilatlarından tələb edə bilər", - E. Şərifov qeyd edib.

Eyni zamanda ekspert vurğulayır ki, Vergi Məcəlləsinə müvafiq olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də vergi orqanında vergi ödəyicisi qismində qeydiyyata alınmalıdır. Əgər belə şəxslər qəsdən vergi uçotuna alınmaq üçün ərizə ilə müraciət etmirlərsə, vergi qurumları onları öz təşəbbüsü ilə vergi uçotuna alır və bu barədə onlara rəsmi bildiriş göndərirlər. Bundan əlavə, Vergi Məcəlləsinə görə gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi vergitutma obyektləri sırasına daxildir. Vergi yoxlamaları aparıldıqda, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisinin xeyrinə olan şərtləri aydınlaşdırmalıdırlar.

"Beləliklə, vergi qanunvericiliyinə əsasən hətta bank məlumatlarını hər hansı formada əldə etmiş vergi orqanları həmin şəxslərin doğrudan da sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu təsbit etməli (həmin şəxsin VÖEN-nin mövcudluğu, hansı növ mal, iş və ya xidmət təqdim edib-etməməsi, kart hesabına daxil olan ödənişlərin mənbəyinin araşdırılması və sair) və buna tam əmin olduqdan sonra həmin şəxsi vergi uçotunda olmadığı təqdirdə onu qeydiyyata almalı və vergilərin hesablanması məsələsinə baxmalı, vergi uçotunda olduğu halda isə birbaşa vergilərin hesablanması prosesinə keçə bilər", - Vəkillər Kollegiyasının üzvü vurğulayır.

Başqa sözlə, vergi qanunvericiliyindən aydın görünür ki, vergi orqanları yalnız vətəndaşın banklardan əldə olunmuş bank məlumatlarını təhlil edərkən həmin şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını sübuta yetirdikdə ona əlavə vergilərin hesablanmasını həyata keçirmək səlahiyyətinə malikdirlər.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda bələdiyyə torpağı niyə "ucuz"dur? - Nəzarət mexanizmləri - ARAŞDIRMA

26.04.2026

İlon Mask: "Süni intellekt dövründə pensiya yığmağa ehtiyac qalmaya bilər"

26.04.2026

Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir

26.04.2026

Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb

26.04.2026

Restoranların "vaxt limiti" oyunu: Müştərini məcburi sifarişə vadar etmək qanunidirmi?

26.04.2026

1 hektar tütün sahəsindən nə qədər gəlir qazanmaq mümkündür?

26.04.2026

Clopos INMerge Ventures-dan investisiya cəlb edib

25.04.2026

Yeni tikilən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbi nədir?

25.04.2026

Yüz minlərlə evin gecikən "kupça"sı - Çıxış yolu

25.04.2026

Sərvəti kim daha uzun qoruyur - öz zəhməti ilə qazananlar, yoxsa miras varlıları?

25.04.2026

Startaplarda “Biz nə edirik?” yox, “nəyi dəyişirik?” dövrü

25.04.2026

Azərbaycanda 13,9 min tondan çox duru bitki yağı istehsal olunub

25.04.2026

Kevin O’Liri: Əksər insanların etdiyi 2 axmaq pul səhvi

25.04.2026

Süni intellektin insanı əvəz etməyəcəyi sahələr: Ekspert əsas peşələri açıqladı

25.04.2026

Gələn həftə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

25.04.2026

Azərbaycan və Ukrayna dron əleyhinə vasitələrin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər

25.04.2026

İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir

25.04.2026

Prezident: SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir

25.04.2026

Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub

25.04.2026

20 saatdan çox havada: Dünyanın ən uzun fasiləsiz reysi istifadəyə veriləcək

25.04.2026

Məzənnə

Yüklənir...