Redaktor
Gürcüstana gedənlərin DİQQƏTİNƏ: 12 manatlıq sığorta nələri qarşılayır? - AÇIQLAMA
"Cari ilin 1 yanvar tarixindən etibarən Gürcüstana səfər edən vətəndaşlar həmin ölkə üçün mütləq səfər sığortası əldə etməlidirlər. Bu məhsul ölkəmizdə fəaliyyət göstərən qeyri-həyat sığortası şirkətləri tərəfindən təklif olunur. Tariflər səfər günlərinin sayından asılı olaraq dəyişir - 2 gündən 365 günə qədər".
Valyuta.az xəbər verir ki, bunu "Oxu.Az"a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib.
"Ümumi tariflər o qədər də yüksək deyil. Məsələn, vətəndaş Gürcüstana 1 həftəlik səyahət etmək istəyirsə, səyahət sığortasının qiyməti təxminən 12 manat olacaq. Müddət artdıqca sığorta haqqı da adekvat olaraq yüksəlir. Təminat məbləğinə gəldikdə, Gürcüstan tərəfinin tələbinə görə, minimum 30 min lari (təxminən 11.2 min dollar və ya 19 min manat - red.) təminat olmalıdır. Buna görə də yerli sığorta şirkətlərimiz bu sığorta məhsulu üzrə 15 min dollar təminat verirlər. Bildiyiniz kimi, səfər sığortası 2 valyutada təqdim olunur - ya avro ya da dollar. 15 min dollar da kifayət edir ki, 30 min larini artıqlaması ilə əhatə etsin", - deyə E.Ağabağırov vurğulayıb.
Gürcüstana səfər edən vətəndaşların bu sığorta məhsulu ilə təminat altına alınan risklərinə gəldikdə isə ekspert bildirib ki, vətəndaş səfərdə olduğu müddət ərzində hər hansı bədbəxt hadisə nəticəsində və ya səfər zamanı baş vermiş hər hansı xəstəlik nəticəsində sağlamlığa dəymiş zərərlər qarşılanır:
"Bura stomatoloji xidmətlər və ya günvurma, suda boğulma, yanıq kimi xəsarətlər, habelə, qolun və ya ayağın sınması, hər hansı travmalar, soyuqdəymələr, hətta geniş yayılmış COVİD təminatı da daxildir. O cümlədən, əməliyyat xərcləri, həkim müayinəsi, dərman preparatları - yəni bütün bunlar səfər zamanı bu sığorta məhsulu ilə təminat altındadır və yalnız səfər müddətini əhatə edir. Səfərdən əvvəlki zamana aid hər hansı xroniki xəstəliklər və digər bu kimi hallar səfər zamanı qarşılanmır".
E.Bağırov onu da diqqətə çatdırıb ki, təminat altına alınan risklər sırasına yük baqajlarının itirilməsi halı da daxildir:
"Bir sözlə, yalnız ölüm halından başqa yuxarıda sadalanan bütün risklər bu sığorta məhsulu ilə təminat altına alınır. Ölüm halının istisna olmasına da aydınlıq gətirim: burada ölüm halı təminat verilən risklərə daxil deyil, yəni sığorta kompensasiyasının vərəsələrə verilməsi kimi hallar yoxdur. Yalnız vəfat edən şəxsin nəşinin Gürcüstandan gətirilməsi xərcləri təminat verilən risklərə daxildir. Yuxarıda qeyd olunan hadisələr yaşanacağı halda müqavilədə xüsusi qaynar xətt nömrələri qeyd olunur. Vətəndaş səfərdə olduğu müddət ərzində yuxarıda sadalanan hər hansı bir hadisə ilə üzləşərsə həmin nömrələrlə əlaqə saxlayıb məlumat verir, ən yaxın klinikalara yönləndirilir və ya təcili yardım vasitəsilə aparılması təmin olunur. Sadalanan bütün tibbi xidmətlər orada tam ödənişsiz həyata keçirilir.
Təminatın qarşılanması ilə bağlı digər bir hal da mümükündür. Belə ki, sığortalı vətəndaş yuxarıda sadalanan hadisələrlə qarşılaşarsa qeyd olunan tibbi xidmətlərdən öz şəxsi büdcəsi hesabına istifadə edir və daha sonra vətənə qayıtdığı zaman həmin qəbzləri sığorta şirkətinə təqdim etməklə xərclədiyi vəsaiti geri ala bilir. Sığorta məhsulunu əldə edərkən tələb olunan sənəd də ümumvətəndaş pasportudur".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Anthropic” "xAI" üçün hər ay 1,25 milyard dollar ödəməli olacaq
21.05.2026Naxçıvanda Turizm Departamenti ləğv edilib
21.05.2026İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
21.05.2026Sement ixracından əldə olunan gəlirlər 4 milyon azalıb
21.05.2026Pilotlar narazıdır: Günəş elektrik stansiyası hava səyahətləri üçün təhlükə yaradır
21.05.2026Britaniya deputatlardan sosial media etirazı: "Məktəbə yorğun gedirlər"
21.05.2026İşsizlərin ən çox cəmləşdiyi rayonlar - CƏDVƏL
21.05.2026Mobil rabitə gəlirləri açıqlandı
21.05.2026AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub ®
21.05.2026Dünya neft qıtlığı astanasındadır: Ehtiyatlar rekord sürətlə azalır
21.05.2026"SpaceX" IPO-suna "Goldman Sachs" rəhbərlik edəcək
21.05.2026Bakı-Tbilisi-Bakı qatarının qiymətləri tam açıqlandı - CƏDVƏL
21.05.2026Azərbaycanda düyünün orta idxal qiyməti 8,6% azalıb
21.05.2026