3 milyarddan çox insanın istifadə etdiyi 5 tətbiq

Redaktor

21.05.2026 13:20
67

3 milyarddan çox insanın istifadə etdiyi 5 tətbiq

Kaliforniyadakı "Shoreline Amfiteatrı" hər il olduğu kimi bu il də böyük texnologiya tədbirinə ev sahibliyi edib. "Google I/O 2026" tərtibatçı konfransı şirkətin "Mountain View"dakı qərargahından edilən açılış çıxışı ilə başlayıb.

Valyuta.az xəbər verir ki, "Google"un baş direktoru Sundar Piçai şirkətin generativ süni intellekt modelləri və platformaların aktiv istifadəçi sayları barədə diqqətçəkən məlumatlar təqdim edib. Buna görə "Gemini" tətbiqi aylıq 900 milyondan çox aktiv istifadəçiyə çatıb. Bu istifadəçilərin yarısından çoxunun son 12 ayda əlavə olunması platformanın sürətli böyüməsini göstərir. Ötən il bu rəqəmin 400 milyon olduğu xatırladılıb.

Digər xidmətlərdə də oxşar artım müşahidə olunur. "Google"un süni intellekt dəstəklı axtarış xülasələri funksiyası olan "AI Overviews" aylıq 2,5 milyard istifadəçini keçib. Axtarış sistemindəki süni intellekt rejimi isə aylıq 1 milyard aktiv istifadəçi həddini aşıb.

Şirkət dünya üzrə 1 milyarddan çox istifadəçiyə çatan məhsullarının sayının 13-ə yüksəldiyini açıqlayıb. Bu platformalar aşağıdakılardır:

* Google Axtarış
* Gmail
* Google Drive
* Google Chrome
* Google Xəritələr
* Google Play
* Google Təqvim
* Google Foto
* Android
* Google Discover
* Google Lens
* YouTube
* Google Mesajlar

Bu siyahıda "Google Axtarış", "Gmail", "Android", "Chrome" və "YouTube" ayrıca kateqoriya kimi qiymətləndirilir. Bu xidmətlərin hər biri təkbaşına 3 milyarddan çox aktiv istifadəçiyə xidmət göstərir.

Mətn əmrləri ilə şəkil yaradılması süni intellektin ən geniş istifadə olunan sahələrindən biridir. "Google"un "Nano Banana" modeli son bir ildə 50 milyarddan çox şəkil yaradılması ilə diqqət çəkib.

Süni intellekt məzmunlarının artması ilə birlikdə təhlükəsizlik və müəllif hüquqları məsələləri də ön plana çıxıb. "Google" "SynthID" adlı rəqəmsal filiqran sistemi ilə süni intellekt məzmunlarını işarələyir. İndiyədək 100 milyarddan çox şəkil və video, eləcə də böyük həcmdə audio material bu sistemlə etiketlənib.

Sundar Piçai "Google" xidmətlərində emal olunan məlumat həcminin son illərdə sürətlə artdığını bildirib. İki il əvvəl aylıq 97 trilyon olan göstərici 2025-ci ildə 480 trilyona yüksəlib. Hazırda isə şirkət aylıq 3,2 katrilyon token emal edir.

Dünya üzrə 8,5 milyondan çox tərtibatçı "Google"un süni intellekt modelləri ilə tətbiqlər hazırlayır. Şirkətin API sistemləri dəqiqədə 19 milyard token emal gücünə çatıb. Bundan əlavə, 375-dən çox korporativ müştərinin hər biri təkbaşına 1 trilyondan çox token emal edir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Naxçıvanda Turizm Departamenti ləğv edilib

21.05.2026

İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib

21.05.2026

Sement ixracından əldə olunan gəlirlər 4 milyon azalıb

21.05.2026

Pilotlar narazıdır: Günəş elektrik stansiyası hava səyahətləri üçün təhlükə yaradır

21.05.2026

Britaniya deputatlardan sosial media etirazı: "Məktəbə yorğun gedirlər"

21.05.2026

İşsizlərin ən çox cəmləşdiyi rayonlar - CƏDVƏL

21.05.2026

Mobil rabitə gəlirləri açıqlandı

21.05.2026

AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub ®

21.05.2026

Dünya neft qıtlığı astanasındadır: Ehtiyatlar rekord sürətlə azalır

21.05.2026

"SpaceX" IPO-suna "Goldman Sachs" rəhbərlik edəcək

21.05.2026

Bakı-Tbilisi-Bakı qatarının qiymətləri tam açıqlandı - CƏDVƏL

21.05.2026

Azərbaycanda düyünün orta idxal qiyməti 8,6% azalıb

21.05.2026
“Fresha” startapının dəyəri 1 milyard dollara çatdı

“Fresha” startapının dəyəri 1 milyard dollara çatdı

21.05.2026

“Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb ®

21.05.2026

"Nvidia"nın startap investisiyaları 43 milyard dollara çatdı

21.05.2026

Müasir şəhərlərin yeni tip mütəxəssislərə ehtiyacı var

21.05.2026

Bütün sosial ödənişlər sabah ödəniləcək

21.05.2026

10 gündən 12 aya qədər: "Bank of Baku" seyf icarə şərtləri və qiymətləri

21.05.2026

Əmlakını sığortalayanların ödədiyi pullar hansı şirkətlərə gedib?

21.05.2026

3 milyarddan çox insanın istifadə etdiyi 5 tətbiq

21.05.2026

Məzənnə

Yüklənir...