Redaktor
İşçilər uzaqdan işləmək üçün 10%-ə qədər maaş itirməyə hazırdır
Evdən işləmək bir çox əməkdaş üçün rahatlıq və çeviklik demək olsa da, yeni araşdırma bu iş modelinin psixi sağlamlıq üçün gözlənilməz risklər yarada biləcəyini ortaya qoyub.
Valyuta.az xəbər verir ki, Nyu-York Federal Ehtiyat Bankının apardığı və "Science" jurnalında dərc olunan araşdırmaya əsasən, məsafədən iş məhsuldarlığı artırsa da, işçilərin daha çox təcrid olunmasına və tənhalıq hissi yaşamasına səbəb olur.
Tədqiqat müəllifləri bildirirlər ki, evdən işləyən şəxslər daha çox iş görə bilsələr də, bu, onların özlərini daha xoşbəxt hiss etməsi anlamına gəlmir.
Araşdırmaya görə, işçilər məsafədən işləməyə üstünlük verməyə davam edirlər. Hətta əvvəlki tədqiqatlar göstərib ki, bəzi əməkdaşlar uzaqdan işləmək imkanı əldə etmək üçün maaşlarının 4-10%-dən imtina etməyə belə hazırdırlar. 2024-cü ildə aparılmış başqa bir sorğuda iştirakçıların 55%-i hibrid iş modelinin psixi sağlamlıq üçün ən yaxşı variant olduğunu bildirib.
Mütəxəssislər qeyd edirlər ki, COVID-19 pandemiyasından sonra geniş yayılan məsafədən iş modeli insanların sosial münasibətlərinə də təsir göstərib. Xüsusilə proqramlaşdırma, marketinq və digər uzaqdan işləməyə uyğun sahələrdə çalışanlar həm iş vaxtı, həm də işdən sonra daha çox vaxtı tək keçirirlər.
Araşdırmanın nəticələrinə görə, evdən işləyən şəxslər hər iş günü ərzində orta hesabla əlavə bir saatı tək keçirirlər. Tək yaşayan insanlar arasında isə gün ərzində heç bir sosial təmas olmadan qalma ehtimalı 7% artıb.
Bundan başqa, uzaqdan işləyən əməkdaşlarda depressiya əlamətlərinin daha çox müşahidə olunduğu, onların psixoloji yardım xidmətlərindən və antidepressantlardan istifadə səviyyəsinin də yüksəldiyi müəyyən edilib.
Tədqiqat müəllifləri hesab edirlər ki, bir çox işçi məsafədən işləməyin rahatlığını qiymətləndirsə də, bu modelin rifah və psixi sağlamlıq üzərindəki uzunmüddətli təsirlərini tam nəzərə almaya bilər.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Kred Aqro" BOKT-da direktor vəzifəsinə təyinat olub
24.06.2026İlon Mask trilyonçu statusunu itirib
24.06.2026