“PAŞA Bank”ın Gürcüstan törəməsinin rəhbərliyi nə qədər qazanır? - Rəqəmlər

Redaktor

14.03.2025 19:11
1,646

“PAŞA Bank”ın Gürcüstan törəməsinin rəhbərliyi nə qədər qazanır? - Rəqəmlər

“PAŞA Bank”ın Gürcüstanda törəmə bankı “PASHA Bank Georgia”nın rəhbərliyinin 2024-cü il üzrə gəlirləri məlum olub. 

Valyuta.az-ın əldə etdiyi məlumata görə, törəmə bank ötən il əsas rəhbər heyətinə 3 milyon 347 min lari (2,05 mln. AZN) ödəniş edib. Bu isə 2023-cü ilə nisbətən 26% və 692 min lari çoxdur. 2023-cü ildə bu rəqəm 2 milyon 655 min lari təşkil edib. 

Qeyd edək ki, bankın əsas rəhbər heyətinə Müşahidə Şurasının 5 üzvü və İdarə Heyətinin 4 üzvü olmaqla 9 nəfər daxildir. 

Bankın Müşahidə Şurasının sədri Rövşən Allahverdiyev, İdarə Heyətinin sədri isə Ramil İmamovdur. Başqa sözlə, Rövşən Allahverdiyev və komandasının bankdan orta illik qazancı 371,8 min lari (227,9 min AZN), orta aylıq qazancı isə 31 min lari (19 min AZN) təşkil edib. 

Qeyd edək ki, 2013-cü ildə Gürcüstan Mərkəzi Bankı “PASHA Bank Georgia”ya fəaliyyət lisenziyası verib. Bankın səhmlərinin 85.06%-i “PAŞA Bank”a, 14.94%-i isə “PAŞA Holdinq”ə məxsusdur.

“PAŞA Bank”ın Gürcüstan törəməsinin rəhbərliyi nə qədər qazanır? - Rəqəmlər

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04.06.2026

Dünya birjalarında fərqli istiqamət: ABŞ yüksəlir, Avropa geriləyir

04.06.2026

Bölmə rəisi işdən çıxdı - Yeni vəzifəyə təyin olundu

04.06.2026

Karyerada 45 yaş baryeri: ChatGPT təcrübəli işçiləri silir?

04.06.2026

Kiber hücumçular artıq zərərli proqram əvəzinə qanuni hesabları istifadə edir

04.06.2026

Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək

04.06.2026

Vacib xammalın qiymətləri iki ayın minimumuna düşdü

04.06.2026

Yeni kiberkəşfiyyat hesabatı: Robototexnika və nüvə şirkətləri hədəfə alınıb

04.06.2026

"Microsoft" gələcəyi göstərdi: Ekranlar qalır, tətbiqlər yox olur

04.06.2026
Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir

Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir

04.06.2026

Azərbaycanda universitet 3 vəzifəyə işçi axtarır

04.06.2026

"Nvidia" daha bir startapı satın alıb

04.06.2026

Niyə milyarderlər ikinci vətəndaşlıq axtarırlar?

04.06.2026

Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib

04.06.2026

"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı

04.06.2026

Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...

04.06.2026
Startap üçün haradan pul tapmaq olar?

Startap üçün haradan pul tapmaq olar? - ŞƏRTLƏR

04.06.2026

Bankda işləyirdi, itlər üçün tort bişirərək biznes qurdu

04.06.2026

Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq

04.06.2026

Telefon satmağı dayandıran "Nokia" pulu haradan qazanır?

04.06.2026

Məzənnə

Yüklənir...