"Özünü “çoxişləyən” kimi göstərən əməkdaşlar digərlərini kölgədə qoya bilər"

Redaktor

21.05.2026 09:00
422

"Özünü “çoxişləyən” kimi göstərən əməkdaşlar digərlərini kölgədə qoya bilər" - Ekspert

İş mühitində bəzən eyni səviyyədə çalışan insanlar arasında fərqlənmə gözlənildiyi kimi olmur. Görülən işin həcmi və keyfiyyəti ilə yanaşı, onun necə qəbul edildiyi və nə dərəcədə görünür olduğu da rol oynayır. Bu isə iş həyatında diqqət və dəyərləndirmənin hər zaman obyektiv olmadığını göstərir və belə bir düşüncəni ortaya çıxarır: həqiqətən, səssiz işləyənlər işdə az fərq edilir?

İnsan Resursları mütəxəssisi Pərvanə Həsənova Valyuta.az-a bildirib ki, müəssisənin əsas kapitalı insanlardır, əməkdaşlardır. Müxtəlif psixologiyalara, davranışlara, dünyagörüşlərinə malik olan insanlar eyni korporativ mühitdə çalışarkən çox müxtəlif hallarla rastlaşırlar və bu münasibətlərdən korporativ mühit formalaşır. Hər insanın xarakteri fərqli olduğu kimi, işə yanaşması da fərqli ola bilir:

“İşləyən şəxslərin şəxsi keyfiyyətləri işə münasibətlərinə ciddi təsir edir. Bəzən hər xırda işini qabardıb özünü “çox işləyən” kimi göstərən əməkdaşlar digərlərinin işlərini kölgə altına ala bilirlər. Təəssüf ki, istər iri, istərsə də xırda bizneslərdə belə hallara tez-tez rast gəlinə bilir. İşlərin çoxluğu və ya kifayət qədər diqqətin olmaması səbəbindən rəhbərlər bu nüansları gözdən qaçıra bilirlər. Belə hallar isə nisbətən toksik münasibətlərə, bərabərsizliyə, ədalətsizliyə, işləyən əməkdaşların küskünləşməsinə gətirib çıxara bilir. Bunun üçün bütün əməkdaşlar icra etdikləri işləri düzgün şəkildə təqdim etmək bacarığına malik olmalıdır. İş mühitində balansı qorumaq olduqca vacibdir”.

“Lakin elə müəssisələr də var ki, bunları nəzarətdə saxlaya bilirlər. Bunun üçün işçinin icra etdiyi işin xarakteri, görülən işin mahiyyəti, biznesə təsiri, sistemlilik, tapşırıqların sayı, həmçinin ağırlıq dərəcəsi, icra müddəti, KPI sistemi, performans dəyərləndirməsinin düzgün aparılması çox böyük rol oynayır. Bəzən elə sakit xarakterli, işini “reklam” etməyən işçi olur ki, 2-3 nəfərin icra edəcəyi işi təkbaşına həll edir. Həmin dəyərli əməkdaşlar rəhbərlərin xüsusi diqqət mərkəzində olur və müəssisə rəhbərliyi həmin işçiləri itirmək istəmir, lazımi güzəştlərə gedə bilir. Bu kimi və digər halları nəzarətdə saxlamaq və ədalətlilik prinsipini qorumaq üçün HR sistemləri yaxşı düşünülmüş və məntiqli olmalıdır. Motivasiya və əməkhaqqı sisteminə ciddi əməl edilməlidir. İşçiləri motivasiyadan salan, loyallığını azaldan, küsdürən davranışlardan uzaq durmaqla nisbi bərabərliyi təmin etmək olar”, – deyə HR mütəxəssisi qeyd edib.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Anthropic” "xAI" üçün hər ay 1,25 milyard dollar ödəməli olacaq

21.05.2026

Naxçıvanda Turizm Departamenti ləğv edilib

21.05.2026

İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib

21.05.2026

Sement ixracından əldə olunan gəlirlər 4 milyon azalıb

21.05.2026

Pilotlar narazıdır: Günəş elektrik stansiyası hava səyahətləri üçün təhlükə yaradır

21.05.2026

Britaniya deputatlardan sosial media etirazı: "Məktəbə yorğun gedirlər"

21.05.2026

İşsizlərin ən çox cəmləşdiyi rayonlar - CƏDVƏL

21.05.2026

Mobil rabitə gəlirləri açıqlandı

21.05.2026

AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub ®

21.05.2026

Dünya neft qıtlığı astanasındadır: Ehtiyatlar rekord sürətlə azalır

21.05.2026

"SpaceX" IPO-suna "Goldman Sachs" rəhbərlik edəcək

21.05.2026

Bakı-Tbilisi-Bakı qatarının qiymətləri tam açıqlandı - CƏDVƏL

21.05.2026

Azərbaycanda düyünün orta idxal qiyməti 8,6% azalıb

21.05.2026
“Fresha” startapının dəyəri 1 milyard dollara çatdı

“Fresha” startapının dəyəri 1 milyard dollara çatdı

21.05.2026

“Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb ®

21.05.2026

"Nvidia"nın startap investisiyaları 43 milyard dollara çatdı

21.05.2026

Müasir şəhərlərin yeni tip mütəxəssislərə ehtiyacı var

21.05.2026

Bütün sosial ödənişlər sabah ödəniləcək

21.05.2026

10 gündən 12 aya qədər: "Bank of Baku" seyf icarə şərtləri və qiymətləri

21.05.2026

Əmlakını sığortalayanların ödədiyi pullar hansı şirkətlərə gedib?

21.05.2026

Məzənnə

Yüklənir...