Redaktor
“Qala Həyat Sığorta”nın xalis mənfəəti azaldı, əsas əməliyyat gəlirləri gerilədi
“Qala Həyat Sığorta” ASC-nin 2026-cı ilin ilk rübü üzrə maliyyə göstəriciləri açıqlanıb.
Valyuta.az xəbər verir ki, şirkət cari ilin yanvar-mart aylarında 7 milyon 135 min 783 manat gəlir əldə edib. Ötən ilin eyni dövründə bu göstərici 6 milyon 76 min 516 manat olub. Beləliklə, gəlirlər illik müqayisədə 1 milyon 59 min 268 manat və ya 17,43% artıb.
Buna baxmayaraq, şirkətin əsas əməliyyat gəlirləri azalıb. Cari ilin ilk 3 ayında əsas əməliyyat gəlirləri 6 milyon 535 min 668 manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 6 milyon 557 min 320 manat idi. Nəticədə bu istiqamətdə 21 min 652 manat və ya 0,33% azalma qeydə alınıb.
Şirkətin maliyyə mənfəəti də geriləyib. Hesabat dövründə maliyyə mənfəəti 2 milyon 494 min 187 manat olub. Bu göstərici ötən ilin eyni dövründə 2 milyon 626 min 580 manat təşkil edib. Beləliklə, maliyyə mənfəəti 132 min 393 manat və ya 5,04% azalıb.
Cari ilin I rübündə şirkətin mənfəət vergisi xərci 498 min 837 manat olub. 2025-ci ilin eyni dövründə bu rəqəm 525 min 316 manat idi. Bu da 26 min 479 manat və ya 5,04% azalma deməkdir.
“Qala Həyat Sığorta”nın xalis mənfəəti isə 1 milyon 995 min 350 manat təşkil edib. Ötən ilin ilk rübündə şirkət 2 milyon 101 min 264 manat xalis mənfəət əldə edbi. Nəticədə xalis mənfəət 105 min 914 manat və ya 5,04% azalıb.
Şirkətin balans göstəricilərində isə artım müşahidə olunub. Belə ki, 2026-cı ilin I rübünün sonuna cəmi aktivlər 51 milyon 173 min 332 manat olub. Ötən ilin eyni dövründə bu göstərici 47 milyon 78 min 809 manat idi.
Aktivlər illik müqayisədə 4 milyon 94 min 523 manat və ya 8,70% artıb.
Eyni zamanda öhdəliklər də yüksəlib. Cari ilin ilk rübündə şirkətin cəmi öhdəlikləri 23 milyon 508 min 982 manat təşkil edib. Ötən ilin eyni dövründə isə bu rəqəm 19 milyon 343 min 140 manat olub. Bu isə illik müqayisədə 4 milyon 165 min 842 manat və ya 21,54% artım deməkdir.
Sərvanə Rəmixanova