SOCAR "Italiana Petroli" şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb

Redaktor

08.05.2026 20:53
324

SOCAR "Italiana Petroli" şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Italiana Petroli" (IP) şirkətinin səhm paketinin 99,82 %-inin "API Holding"dən satın alınması prosedurunu yekunlaşdırıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, müqavilə bütün lazımi tənzimləyici icazələr əldə edildikdən sonra başa çatdırılıb.

Məlumata görə, 90 ildən çox fəaliyyət tarixinə sahib olan "IP Qrup" İtaliyada mobillik və enerji təhlükəsizliyi sahələrində əhəmiyyətli yer tutur. Şirkət iki neft emalı müəssisəsi, anbar təsərrüfatları və ölkə miqyasında geniş pərakəndə satış şəbəkəsini əhatə edən inteqrasiya olunmuş sənaye logistika infrastrukturu əsasında iş aparır.

Bu əməliyyat nəticəsində IP beynəlxalq enerji şirkəti olan SOCAR-ın strukturuna qoşularaq Avropa enerji bazarındakı mövqeyini daha da gücləndirib. Bu kontekstdə İtaliya SOCAR-ın Avropa qitəsindəki əsas bazarlarından biri olaraq xüsusi önəm kəsb edir. Belə ki, SOCAR Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə İtaliyaya xam neftin aparıcı təchizatçılarından biri qismində çıxış edir, bununla yanaşı Cənub Qaz Dəhlizi vasitəsilə həmin ölkəyə təbii qaz ixracının diversifikasiyasına öz töhfəsini verir. Bu prizimadan, sövdələşmə dəyişən bazar mühiti və dayanıqlılıq hədəflərinə müvafiq olaraq SOCAR-ın inteqrasiya olunmuş və davamlı beynəlxalq əməliyyatlarının daha da genişləndirilməsi strategiyasına xidmət göstərir.

"Satınalma prosesinin başa çatması Azərbaycan ilə İtaliya arasında enerji sahəsində uzun illər boyu formalaşmış tərəfdaşlığın əlamətdar mərhələsidir. Bu, qarşılıqlı inam və davamlı iqtisadi kooperasiyaya söykənən strateji partnyorluğun məntiqi davamıdır. Bu çərçivədə SOCAR-ın İtaliya istiqamətindəki yanaşması dayanıqlılıq, əməliyyat sabitliyi və uzunmüddətli inkişaf prinsiplərinə əsaslanır. IP-nin geniş infrastrukturunu və təcrübəsini öz fəaliyyətimizə inteqrasiya edərək şirkətin müvəffəqiyyətini şərtləndirən üstünlükləri qoruyur və Avropa bazarındakı mövqeyimizi daha da möhkəmləndiririk. Bu inteqrasiya yolu ilə beynəlxalq portfelimiz üzrə dayanıqlı inkişafı, sənaye etibarlılığını və uzunmüddətli dəyər yaradılmasını stimullaşdırırıq", - SOCAR-ın prezidenti Rövşən Nəcəf qeyd edib.

Bildirilir ki, SOCAR IP-nin bazardakı güclü mövqeyinin, brend reputasiyasının və əməliyyat potensialının qorunmasına və daha da inkişaf etdirilməsi prinsipinə sadiq qalır. Eyni zamanda şirkət əməkdaşların peşəkarlığının və təcrübəsinin dəstəklənməsini, müştərilər və tərəfdaşlar üçün fasiləsiz fəaliyyətin təmin edilməsini prioritet istiqamət olaraq təyin edib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)Italiana Petroli (IP)Rövşən Nəcəf

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04.06.2026

Dünya birjalarında fərqli istiqamət: ABŞ yüksəlir, Avropa geriləyir

04.06.2026

Bölmə rəisi işdən çıxdı - Yeni vəzifəyə təyin olundu

04.06.2026

Karyerada 45 yaş baryeri: ChatGPT təcrübəli işçiləri silir?

04.06.2026

Kiber hücumçular artıq zərərli proqram əvəzinə qanuni hesabları istifadə edir

04.06.2026

Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək

04.06.2026

Vacib xammalın qiymətləri iki ayın minimumuna düşdü

04.06.2026

Yeni kiberkəşfiyyat hesabatı: Robototexnika və nüvə şirkətləri hədəfə alınıb

04.06.2026

"Microsoft" gələcəyi göstərdi: Ekranlar qalır, tətbiqlər yox olur

04.06.2026
Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir

Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir

04.06.2026

Azərbaycanda universitet 3 vəzifəyə işçi axtarır

04.06.2026

"Nvidia" daha bir startapı satın alıb

04.06.2026

Niyə milyarderlər ikinci vətəndaşlıq axtarırlar?

04.06.2026

Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib

04.06.2026

"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı

04.06.2026

Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...

04.06.2026
Startap üçün haradan pul tapmaq olar?

Startap üçün haradan pul tapmaq olar? - ŞƏRTLƏR

04.06.2026

Bankda işləyirdi, itlər üçün tort bişirərək biznes qurdu

04.06.2026

Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq

04.06.2026

Telefon satmağı dayandıran "Nokia" pulu haradan qazanır?

04.06.2026

Məzənnə

Yüklənir...