Redaktor
20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
Valyuta.az-ın təşkilatçılığı ilə "Süni intellekt gündəlik həyatımızda" adlı seminar baş tutub.
Holberton Azərbaycan Məktəbində baş tutan seminarda ABŞ-da süni intellekt sahəsində fəaliyyət göstərən “flowlyst” şirkətinin təsisçisi Əziz Ağayev iştirakçılarla görüşüb.
Valyuta.az xəbər verir ki, seminar zamanı süni intellekt texnologiyalarının yaratdığı imkanlar, biznesdə tətbiqi, əmək bazarına təsiri və gələcək trendlər barədə təqdimat keçirilib.
Əziz Ağayev çıxışında kompüter elmləri mütəxəssisi və alim Endru Nq-dən sitat verərərək bildirib ki, yaxın 5-10 il ərzində süni intellekt elektrik enerjisi kimi həyatın bütün sahələrinə inteqrasiya olunacaq. Onun sözlərinə görə, süni intellekt artıq əlavə üstünlük deyil, qlobal infrastrukturun vacib hissəsinə çevrilir.
Seminarda süni intellektin əmək bazarına təsiri məsələsinə də toxunulub. Təlimçi qeyd edib ki, AI insanların iş yerlərini birbaşa əvəz etməyəcək, lakin bu texnologiyalardan istifadə etməyi bacaran mütəxəssislər digərlərinə nisbətən daha böyük üstünlük qazanacaqlar.
Təqdimat zamanı dünyada süni intellektdən istifadə səviyyəsini əks etdirən statistik göstəricilər də iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, dünya əhalisinin böyük hissəsi hələ də AI texnologiyalarından istifadə etmir, daha kiçik bir qrup isə ChatGPT, Claude və Gemini kimi alətlərin ödənişli versiyalarından yararlanır. Peşəkar AI əsaslı proqramlaşdırma alətlərindən istifadə edənlərin isə nisbətən azlıq təşkil etdiyi vurğulanıb. Çox sevindiricidir ki, təlimə iştirak edənlər arasında da bu azliq təşkil edən əhalinin arasında yer alanlar da var idi.
Seminarda müxtəlif sahələrdə tətbiq olunan süni intellekt alətləri barədə də məlumat verilib. Qeyd olunub ki, radiologiya və MRT sahəsində AI texnologiyalarının tətbiqi diaqnostika dəqiqliyinin artırılmasına və həkimlərin iş yükünün optimallaşdırılmasına imkan yaradır.
Bundan əlavə, Fireflies və Otter ai kimi platformaların görüşlərin avtomatik mətnə çevrilməsi və xülasələşdirilməsi üçün istifadə olunduğu, NotebookLM vasitəsilə isə sənədlərdən podkastlar, testlər və tədris materialları hazırlamağın mümkün olduğu diqqətə çatdırılıb.
Həmçinin iştirakçılara süni intellekt alətlərini gündəlik istifadə etməklə öyrənmək tövsiyə olunub. Əziz Ağayev bildirib ki, hər gün qısa müddət ərzində AI texnologiyalarına vaxt ayırmaq uzunmüddətli perspektivdə karyera və biznes inkişafına mühüm töhfə verə bilər.
Rəfiqə Abdin
Əlaqəli Xəbərlər
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb
04.06.2026Dünya birjalarında fərqli istiqamət: ABŞ yüksəlir, Avropa geriləyir
04.06.2026Bölmə rəisi işdən çıxdı - Yeni vəzifəyə təyin olundu
04.06.2026Karyerada 45 yaş baryeri: ChatGPT təcrübəli işçiləri silir?
04.06.2026Kiber hücumçular artıq zərərli proqram əvəzinə qanuni hesabları istifadə edir
04.06.2026Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək
04.06.2026Vacib xammalın qiymətləri iki ayın minimumuna düşdü
04.06.2026Yeni kiberkəşfiyyat hesabatı: Robototexnika və nüvə şirkətləri hədəfə alınıb
04.06.2026"Microsoft" gələcəyi göstərdi: Ekranlar qalır, tətbiqlər yox olur
04.06.2026
Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir
04.06.2026Azərbaycanda universitet 3 vəzifəyə işçi axtarır
04.06.2026"Nvidia" daha bir startapı satın alıb
04.06.2026Niyə milyarderlər ikinci vətəndaşlıq axtarırlar?
04.06.2026Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib
04.06.2026"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı
04.06.2026Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...
04.06.2026