Redaktor
300 dollarlıq gömrük limiti dəyişəcək?
Elektron ticarət üzrə aylıq 300 dollarlıq limit saxlanılır, baxmayaraq ki, bir çox ölkələrdə bu güzəştlər azaldılıb.
Valyuta.az "Modern.az"a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deputatların suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda vətəndaşların şəxsi istifadə üçün elektron ticarət vasitəsilə gətirdiyi mallara tətbiq olunan aylıq 300 dollarlıq limit qüvvədə qalır və bu məsələnin dəyişdirilməsi gündəmdə deyil.
Komitə sədri qeyd edib ki, qonşu ölkələrdə, o cümlədən Türkiyə, Avropa və Rusiya kimi ölkələrdə son dövrlər bu sahədə güzəştlər azaldılıb və ya məhdudiyyətlər tətbiq olunub. Buna baxmayaraq, Azərbaycanda sosial yanaşma qorunur və vətəndaşlar hər ay 300 dollar həcmində malları kumulyativ şəkildə il ərzində ölkəyə gətirə bilirlər.
Şahin Bağırov bildirib ki, hazırda Azərbaycanda 1 milyon 200 mindən çox insan elektron ticarətlə məşğuldur. Son 25 il ərzində isə bu sahə üzrə 18 milyondan çox bəyannamə təqdim olunub. Əvvəllər elektron ticarətlə məşğul olanların sayı təxminən 500 min nəfər idi ki, bu da son illərdə ciddi artımın olduğunu göstərir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKredit ittifaqlarının zərəri I rübdə təxminən 4 dəfə artıb
30.04.2026Mərkəzi Bank 3 sığorta agentinin lisenziyasını ləğv edib
30.04.2026"Euronews": Enerji böhranı Avropanın kiçik hava limanlarını məhv edir
30.04.2026Azərkosmos 32 ölkədən 4,1 milyon dollar qazandı
30.04.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - CƏDVƏL
30.04.2026Prezident idmançıları qəbul edib
30.04.2026Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı
30.04.2026Vətəndaşlar banklara biznes, yoxsa gündəlik ehtiyac krediti üçün müraciət edib?
30.04.2026Müştərinin məlumatlarını yayan bank kompensasiya ödəyəcək – Məhkəmədən mühüm qərar
30.04.2026600 manat birdəfəlik müavinət sabahdan kimlərə veriləcək?
30.04.2026I rüb "Xalq Sığorta" üçün uğurlu keçmədi - Yığımlarda azalma
30.04.2026“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb ®
30.04.2026“Qarabağ Taxıl” nizamnamə kapitalını 1 milyon manatdan çox azaldıb
30.04.2026Qurban bayramında 5 gün iş olmayacaq
30.04.2026Azərbaycanda maaşlar saathesabı veriləcək
30.04.2026