Redaktor
"Euronews": Enerji böhranı Avropanın kiçik hava limanlarını məhv edir
Hörmüz boğazının blokadası ilə əlaqələndirilən enerji böhranı Avropanın kiçik hava limanları üçün ciddi problemlər yaradıb. Bu hava limanları aviadaşımaların tələbatındakı ən kiçik dəyişikliklərə daha həssasdır.
Valyuta.az xəbər verir ki, bu barədə "Euronews" yazır.
Məlumata görə, aviasiya yanacağının bahalaşması aviadaşıyıcıları biletlərin qiymətini artırmağa və eyni zamanda çoxsaylı reysləri azaltmağa məcbur edib. İlk növbədə qısa məsafəli və regional hava limanlarına uçuşlar ixtisara düşüb.
Bildirilib ki, Avropa Hava Limanları Şurasının (ACI EUROPE) məlumatına əsasən, qısa məsafəli reyslər ən az gəlirli segment hesab olunur. Bu sahə COVID-19 pandemiyasından sonra hələ də tam bərpa olunmayıb, halbuki iri hava limanlarında sərnişin sayı pandemiyadan əvvəlki dövrlə müqayisədə 16%-dən çox artıb.
ACI EUROPE baş direktoru Olivye Yankoveç bildirib: "Aviasiya yanacağının hazırkı qiymət səviyyəsi və yeni həyat dəyəri böhranı ehtimalı Avropadakı bir çox regional hava limanları üçün həm təklif, həm də tələbat şoku yaradır. Bu, onlar üçün ekzistensial təhlükədir".
Eyni zamanda qeyd olunur ki, regional hava limanları Avropanın nəqliyyat infrastrukturunda vacib rol oynayır və Avropa İttifaqının vahid bazarının inkişafına töhfə verir. Onlar Avropada ümumi sərnişin daşımalarının təxminən üçdə birini təmin edir.
ACI EUROPE hökumətləri kiçik hava limanları üçün bəzi vergilərin müvəqqəti dayandırılmasına çağırır ki, enerji böhranı dövründə maliyyə təzyiqi azalsın.
Məlumata görə, Macarıstanın “Wizz Air” loukoster aviaşirkəti İran müharibəsi fonunda yaranan yanacaq qıtlığı səbəbindən ciddi çətinliklərlə üzləşə bilər. Şirkət rəqiblərinə nisbətən yanacaq risklərini daha az hedclədiyi üçün qiymət artımını daha tez hiss edir. Bu isə yay mövsümündə reyslərin ləğvi, marşrutların ixtisarı və xidmət keyfiyyətinin azalmasına gətirib çıxara bilər.
Həmçinin bildirilir ki, Avropa aviaşirkətləri yanacaq böhranından istifadə edərək bəzi qaydaların yumşaldılmasını tələb edirlər. Söhbət baqaj qaydaları, sərnişin kompensasiyaları və ekoloji ödənişlərdən gedir. Sektorun fikrincə, mövcud qaydalar və artan yanacaq qiymətləri onların rəqabət qabiliyyətini zəiflədir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda yeni qlobal alış veriş platforması fəaliyyətə başladı!
30.04.2026Azərbaycanlı və erməni biznesmenlər birbaşa işləyəcəklər
30.04.2026Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik
30.04.2026Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib
30.04.2026"Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb
30.04.2026Kredit ittifaqlarının zərəri I rübdə təxminən 4 dəfə artıb
30.04.2026Mərkəzi Bank 3 sığorta agentinin lisenziyasını ləğv edib
30.04.2026"Euronews": Enerji böhranı Avropanın kiçik hava limanlarını məhv edir
30.04.2026Azərkosmos 32 ölkədən 4,1 milyon dollar qazandı
30.04.2026