Aİ iyundan sonra aviaşirkətlərdə mümkün fasilələr barədə xəbərdarlıq etdi

Redaktor

28.04.2026 22:17
24

Aİ iyundan sonra aviaşirkətlərdə mümkün fasilələr barədə xəbərdarlıq etdi

Avropa İttifaqının nəqliyyat üzrə komissarı Apostolos Tsitsikostas aviasiya reyslərində ciddi pozuntuların ola biləcəyi barədə xəbərdarlıq edib. Bu vəziyyət İranda davam edən münaqişə və Hörmüz boğazının bağlanması ilə əlaqələndirilir. 

Valyuta.az xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

“Vəziyyət ürəkaçan deyil”, deyə Tsitsikostas bildirib.

Onun sözlərinə görə, hazırda kifayət qədər yanacaq mövcuddur və hava limanlarının 80 faizindən çoxu çatışmazlıq barədə məlumat vermir. Lakin yanacağın qiyməti iki dəfədən çox artıb və bu, bir çox aviaşirkətin marşrutları dayandırmasına səbəb olub. Həmin marşrutlar artıq münaqişədən əvvəl də çətinliklə rentabelli idi.

Avrokomissarın əlavə etdiyinə görə, əgər Hörmüz boğazının blokadası davam edərsə və vəziyyət həll olunmazsa, yanacaq çatışmazlığı iyundan sonra yarana bilər.

Bununla belə, Tsitsikostas Avropada hazırda real defisit gözlənilmədiyini və fövqəladə hallar üçün ehtiyatların mövcud olduğunu bildirib.

Aİ üzv ölkələri mövcud ehtiyatlara nəzarəti gücləndirmək üçün yanacaq anbarları barədə gündəlik hesabat verməyə məcbur edilib.

Eyni zamanda, əgər iyundan sonra çatışmazlıq yaranarsa, bu ehtiyatların məqsədli şəkildə istifadə olunacağı qeyd edilir.

28 fevralda ABŞ və İsrail İran ərazisində “Epik Qəzəb” əməliyyatına başlayaraq ölkənin ali rəhbərliyinə qarşı zərbələr endirib. Hücumlar nəticəsində İranda raket və dron istehsalı obyektləri, hərbi anbarlar və digər infrastruktur hədəfə alınıb. Buna cavab olaraq Tehran rejimi qlobal neft tədarükünün bir hissəsinin keçdiyi Hörmüz boğazını blokadaya alıb.

Almaniyanın ən böyük aviaşirkəti "Lufthansa" isə bu yay qısa məsafəli 20 min reysin ixtisar ediləcəyini açıqlayıb. Şirkət bu addımı artan yanacaq qiymətləri ilə əlaqələndirib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu avtomobillər dövlət mülkiyyətinə keçəcək

28.04.2026

Aİ iyundan sonra aviaşirkətlərdə mümkün fasilələr barədə xəbərdarlıq etdi

28.04.2026

"Samsung" Çində məişət texnikası və televizor satışını dayandıra bilər

28.04.2026

Çin "Meta"nın "Manus" alışını dayandırdı

28.04.2026

Şirkət 5,1 milyard dəyərləndirmə ilə 1,1 milyard dollar investisiya aldı

28.04.2026

Azərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək

28.04.2026

Aİ yeni iqtisadi siyasət qurur: Diqqət ağır sənayenin inkişafı yönəlib

28.04.2026

“Qala Sığorta”nın yığımları 11,8 milyon manat azalıb

28.04.2026

Tankerlər ABŞ blokadasını aşa bilmir: İran neft hasilatını dayandıracaq

28.04.2026

Sığorta şirkətlərinin ödənişləri 33%-dən çox artdı - Kim nə qədər ödəyib? - RENKİNQ

28.04.2026

Bank kartlarından oğurluq edənlər saxlanıldı

28.04.2026

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

28.04.2026

Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı

28.04.2026

"Bank Respublika" göstərdiyi xidmətlərdən nə qədər qazanıb? - Rəqəmlər

28.04.2026

Vasif Eyvazova yüksək vəzifə verildi

28.04.2026

Sığorta şirkətləri I rübdə topladığı yığımları açıqladı

28.04.2026

"AzSığorta" ilk rübdə banklardan çox qazana bilməyib

28.04.2026

Azərbaycanın şampun aldığı ölkələr - TOP 10

28.04.2026

"OpenAI" öz telefonu ilə smartfon bazarına daxil olmağa hazırlaşır

28.04.2026

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

28.04.2026

Məzənnə

Yüklənir...