Redaktor
Şirkət 5,1 milyard dəyərləndirmə ilə 1,1 milyard dollar investisiya aldı
London mərkəzli “Ineffable” insan məlumatlarından asılı olmayan süni intellekt sistemləri hazırlayan startap olaraq 1,1 milyard dollar investisiya cəlb edib.
Valyuta.az xəbər verir ki, 2025-ci ilin noyabrında yaradılan şirkətin dəyərləndirməsi 5,1 milyard dollara yüksəlib.
“Ineffable” yeni vəsaiti öz-özünə öyrənə bilən və insan tərəfindən yaradılmış məlumatlara ehtiyac duymayan süni intellekt modellərinin hazırlanması və miqyaslandırılması üçün istifadə edəcəyini bildirib.
Şirkət “DeepMind”ın “AlphaGo” modelinin yaradıcılarından olan Devid Silver (David Silver) tərəfindən təsis edilib. “Ineffable”ın əsas hədəfi süni intellektin yalnız mövcud məlumatlardan istifadə etməsi deyil, yeni bilik və həllər kəşf edə bilməsidir.
Bu məqsədlə şirkət möhkəmləndirici öyrənmə yanaşmasından istifadə edir. Model sınaq-səhv yolu ilə öz təcrübəsindən öyrənir və bu texnologiyanın gələcəkdə elm, iqtisadiyyat və digər sahələrdə tətbiqi nəzərdə tutulur.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Robert Kiyosaki investorları səhmlərlə bağlı gözlənilənlər barədə xəbərdar edib
"Bir çox startap ilk istifadəçisini belə qazanmamış investisiya axtarır"
Tuğçe Bulutun həmtəsisçisi olduğu şirkət 8,4 milyon dollar investisiya alıb