Redaktor
AI tibbdə hər 10 haldan 8-də səhv istiqamət verə bilər - ARAŞDIRMA
İnternetdə simptom axtarma vərdişi süni intellekt texnologiyalarının inkişafı ilə yeni mərhələyə keçib. Artıq bir çox insan keçməyən ağrılar və ya dəridəki dəyişikliklər barədə həkim əvəzinə süni intellekt söhbət botlarına müraciət edir.
Lakin Harvard Tibb Fakültəsi tərəfindən aparılan genişmiqyaslı araşdırma bu yanaşmanın ciddi risklər daşıdığını göstərib. Müasir süni intellekt sistemləri xəstəliklərin ilkin diaqnostika mərhələsində hər 10 haldan 8-də yanlış istiqamət verir.
Valyuta.az xəbər verir ki, “JAMA Network Open” jurnalında dərc olunan araşdırmada 21 müxtəlif süni intellekt modeli 29 klinik ssenari üzərində sınaqdan keçirilib. Maraqlı nəticə ondan ibarətdir ki, bütün tibbi məlumatlar əvvəlcədən tam şəkildə daxil edildikdə və yalnız son diaqnoz soruşulduqda modellər 91 faiz dəqiqlik nümayiş etdirib. Lakin həkimlərin ehtimalları daraltdığı və qeyri-müəyyənlikləri idarə etdiyi “erkən diferensial diaqnoz” mərhələsində nəticələr kəskin şəkildə pisləşib və səhv payı 80 faizi keçib. Tədqiqatı aparan Arya Rao bildirib ki, sistemlərin ən zəif nöqtəsi məhz bu qeyri-müəyyən mərhələdir.
Süni intellektin səhvlərdə belə qətiyyətli üslubu təhlükə yaradır
Mütəxəssislər bildirirlər ki, süni intellektin ən riskli tərəflərindən biri yanlış məlumat verərkən belə inamlı və qəti danışmasıdır. Massachusetts General Hospitaldan radioloq Dr. Mark Sussi qeyd edib ki, bu sistemlər kifayət qədər klinik məntiq süzgəcindən keçmədən çox qəti nəticələr təqdim edir və bu da xəstələrin narahatlığını artıra bilər.
Mütəxəssislərin fikrincə, tibb kimi səhv imkanının çox aşağı olduğu sahədə “qismən doğru” cavab belə tam uğursuzluq hesab olunur. Süni intellektin inamlı tonuna güvənən istifadəçilər isə peşəkar həkimə müraciəti gecikdirə və yanlış müalicə yollarına yönələ bilər.
Sağlamlıq sahəsində süni intellektin “xilaskar” kimi təqdim olunması ekspertlər arasında narahatlıq yaradır. Xəstəliyin ilkin mərhələsində səhv ehtimallara fokuslanmaq həm vaxt itkisinə, həm də lazımsız tibbi prosedurlara və əlavə xərclərə səbəb ola bilər.
Mütəxəssislər vurğulayırlar ki, hələlik heç bir rəqəmsal model həkimlərin illərlə formalaşmış klinik təcrübəsini və qərarvermə bacarığını əvəz edə bilmir. Buna görə də sağlamlıqla bağlı hər hansı şübhəli vəziyyətdə süni intellektə deyil, birbaşa ixtisaslı həkimə müraciət etmək daha təhlükəsiz hesab olunur.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda makaron istehsalı yüksəlib
17.04.2026Avropada avtomobil istehsalı "ölür": Ən böyük zavodlardan biri istehsalı dayandırır
17.04.2026Geyim və aksesuar idxalı 2,7 milyon dollar azalıb
17.04.2026Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir
17.04.2026AI tibbdə hər 10 haldan 8-də səhv istiqamət verə bilər - ARAŞDIRMA
17.04.2026“Canva” istifadəçilərə ağıllı dizayn köməkçisi təqdim etdi
17.04.2026İnsanların özlərini “varlı” hiss etməzdən illər əvvəl atdıqları 5 maliyyə addımı
17.04.2026Azərbaycanda pivə istehsalı artıb
17.04.20261000 km-lik dağ silsiləsinin altında su anbarı aşkarlandı - Dünyanın ən böyüyü ola bilər
17.04.2026İran Hörmüz boğazını açdı, Tramp təşəkkür etdi
17.04.2026Avropa səması "bağlana" bilər: Cəmi bir neçə həftəlik aviasiya yanacağı ehtiyatı var
17.04.2026Pul planı hazırlayarkən çoxlarının gözdən qaçırdığı bir addım
17.04.2026İrandakı müharibə neft nəhənglərini zənginləşdirdi - Saatda 30 milyon dollar
17.04.2026Liderlərin səmimi görüşündən FOTOLAR
17.04.2026Azərbaycandan Türkiyəyə xam neft ixracı 2,3 dəfə artıb
17.04.2026Azərbaycanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı dəyişiklik edildi
17.04.2026