"Atəşgah Sığorta"da yığımlar 1,6 milyon manat azaldı

Redaktor

29.04.2026 11:37
109

"Atəşgah Sığorta"da yığımlar 1,6 milyon manat azaldı

“Atəşgah” Sığorta Şirkəti ASC-nin yığımları azalıb, ödənişləri artıb.

Valyuta.az xəbər verir ki, cari ilin I rübündə “Atəşgah” Sığorta Şirkətinin yığımları illik müqayisədə 1 milyon 598 min manat və ya 10,76% azalaraq 13 milyon 251 min manat təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin I rübündə şirkətin yığımları 14 milyon 849 min manat idi.

“Atəşgah” Sığorta Şirkətinin sığorta ödənişləri isə illik müqayisədə I rübdə 1 milyon 291 min manat və ya 15,37% artıb.

Cari ilin ilk 3 ayında sığorta şirkəti 9 milyon 689 min manat ödəniş edib ki, ötən ilin eyni dövründə bu rəqəm 8 milyon 398 min manat təşkil edib.

Hesabata əsasən, “Atəşgah” Sığorta Şirkəti 2026-cı ilin ilk 3 ayına görə hər 100 manatdan 73,11 manatını ödənişə ayırıb, ötən ilin eyni dövründə bu göstərici 56,55 manat olub. Bu isə şirkətin zərərlilik nisbətinin 16,56 faiz bəndi artdığını göstərir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...