Redaktor
Azərbaycanda 68 şəhərin baş planı təsdiqlənib
Azərbaycanda şəhərsalma sahəsində aparılan islahatlar nəticəsində 68 şəhərin baş planı təsdiqlənib.
Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, ölkənin 79 şəhərindən 68-nin yeni baş planı hazırlanaraq təsdiq edilib, qalan 11 şəhər üzrə işlər isə davam etdirilir: "Yenilənmiş baş planlar şəhərlərin inkişafını sistemli və proqnozlaşdırılan edir, sahibkarlıq fəaliyyəti üçün hüquqi aydınlıq və investisiya cəlbediciliyi yaradır".
A. Quliyev deyib ki, ölkədə şəhərsalma və tikinti sahəsində son 20 ildə genişmiqyaslı islahatlar həyata keçirilib: "Bu dövrdə normativ hüquqi baza təkmilləşdirilib, ərazi planlaşdırılması inkişaf etdirilib və tənzimləmə mexanizmləri rəqəmsallaşdırılıb. Tikinti və istismara icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi nəticəsində hazırda ölkədə layihələndirmə əsasında minə yaxın subyekt fəaliyyət göstərir".
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKredit ittifaqlarının zərəri I rübdə təxminən 4 dəfə artıb
30.04.2026Mərkəzi Bank 3 sığorta agentinin lisenziyasını ləğv edib
30.04.2026"Euronews": Enerji böhranı Avropanın kiçik hava limanlarını məhv edir
30.04.2026Azərkosmos 32 ölkədən 4,1 milyon dollar qazandı
30.04.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - CƏDVƏL
30.04.2026Prezident idmançıları qəbul edib
30.04.2026Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı
30.04.2026Vətəndaşlar banklara biznes, yoxsa gündəlik ehtiyac krediti üçün müraciət edib?
30.04.2026Müştərinin məlumatlarını yayan bank kompensasiya ödəyəcək – Məhkəmədən mühüm qərar
30.04.2026600 manat birdəfəlik müavinət sabahdan kimlərə veriləcək?
30.04.2026I rüb "Xalq Sığorta" üçün uğurlu keçmədi - Yığımlarda azalma
30.04.2026“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb ®
30.04.2026“Qarabağ Taxıl” nizamnamə kapitalını 1 milyon manatdan çox azaldıb
30.04.2026Qurban bayramında 5 gün iş olmayacaq
30.04.2026Azərbaycanda maaşlar saathesabı veriləcək
30.04.2026