Redaktor
Banklar depozit faizlərinə 480.6 milyon manat xərcləyib
2026-cı ilin mayın 1-i tarixinə Azərbaycan banklarının faiz və onlara bağlı xərcləri 663.4 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 121.9 milyon manat və ya 22.5% artıb.
Belə ki, 2025-ci ilin mayın 1-i tarixinə bank sektorunun faiz və onlara bağlı xərcləri 541.5 milyon manat olub.
Hesabat dövründə depozitlər üzrə faiz xərclərində də artım qeydə alınıb. 2026-cı ilin mayın 1-i tarixinə depozitlər üzrə faiz xərcləri 480.6 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 88.1 milyon manat və ya 22.4% çoxdur.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə depozitlər üzrə faiz xərcləri 392.5 milyon manat səviyyəsində olub.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Banklar müştərilərə verilən kreditlərdən nə qədər qazanıb?
Faiz gəlirləri 71% artan AFB Bank nələrdən qazanc əldə edib?
"Bank xeyriyyə təşkilatı deyil, kommersiya qurumudur"