Redaktor
Banklar müştərilərə verilən kreditlərdən nə qədər qazanıb?
2026-cı ilin mayın 1-i tarixinə Azərbaycan banklarının faiz və bu qəbildən olan gəlirləri 1 milyard 798.6 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 265.1 milyon manat və ya 17.3% çoxdur.
Belə ki, 2025-ci ilin mayın 1-i tarixinə bank sektorunun faiz və bu qəbildən olan gəlirləri 1 milyard 533.5 milyon manat olub.
Hesabat dövründə kreditlər üzrə faiz gəlirlərində də artım qeydə alınıb. 2026-cı ilin mayın 1-i tarixinə kreditlər üzrə faiz gəlirləri 1 milyard 449.5 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 242.7 milyon manat və ya 20.1% çoxdur.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 1 milyard 206.8 milyon manat səviyyəsində olub.
Mayya Hüseynova